Icma.az
close
up
RU
KXDR Cənubi Koreyanın ABŞ a investisiyalarını “kolonial xərac” adlandırıb

KXDR Cənubi Koreyanın ABŞ a investisiyalarını “kolonial xərac” adlandırıb

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Seul gömrük rüsumlarının 15%-ə endirilməsi müqabilində ABŞ iqtisadiyyatına yatıracağı iri həcmli investisiyalarla Vaşinqtona “kolonial xərac” ödəyir.

Bizimyol.info xəbər verir ki, Koreya Xalq Demokratik Respublikasının (KXDR) Mərkəzi Teleqraf Agentliyi (KCNA) ABŞ və Cənubi Koreya arasında bağlanmış ticarət razılaşmasını şərh edərkən bildirib.

Şərhin verilməsinə səbəb 29 oktyabrda Kyonsuda keçirilmiş ABŞ–Cənubi Koreya sammitinin yekunlarına dair birgə məlumatın dərc olunması olub. KCNA-nın fikrincə, sənədin məzmunu ölkələr arasında “Amerika hər şeydən öncə” prinsipinə uyğun olaraq tabeçilik münasibətlərinin daha da dərinləşdiyini göstərir.

“ABŞ Cənubi Koreyanı öz "rifahı" naminə kolonial iqtisadiyyat səviyyəsinə endirib. Vaşinqton Seulu rüsumlarda "endirim" adı ilə 15%-ə qədər azalma müqabilində astronomik məbləğdə xərac ödəməyə məcbur edir ki, bu da artıq zəifləyən Cənubi Koreya iqtisadiyyatını çöküşə aparır”, – deyə agentliyin açıqlamasında bildirilir.

KCNA qeyd edir ki, ABŞ–Cənubi Koreya münasibətləri Vaşinqton və Seulun iddia etdiyi kimi nə bərabərhüquqlu, nə də qarşılıqlı faydalıdır: “Onların hərbi ittifaqı əslində sahib və itaətkar arasındakı əlaqəni xatırladır – burada yalnız ABŞ-ın maraqları qorunur, Cənubi Koreyanın maraqları isə tamamilə nəzərə alınmır”, - deyə qeyd edilib.

Agentlik, həmçinin məlumatda yer alan KXDR-in denuklearizasiyasına dair çağırışları pisləyib: “ABŞ və Cənubi Koreyanın KXDR-in tam denuklearizasiyasına sədaqət nümayiş etdirməsi, bizə qarşı qarşıdurmanın onların yeganə seçimi olduğunu göstərir. Bu yanaşma bizim konstitusiyamızın – yəni ölkənin nüvə statusunun – sonadək inkar edilməsinə yönəlmiş qarşıdurma niyyətini ifadə edir”, - deyə bildirilir.

Xatırladaq ki, Kyonsudakı sammit zamanı iki ölkə lideri Cənubi Koreyanın ABŞ iqtisadiyyatına 350 milyard dollar yatırım etməsi barədə razılığa gəlib. Bunun qarşılığında ABŞ Cənubi Koreya məhsullarına, o cümlədən avtomobillərə tətbiq edilən rüsumları 15%-ə endirməyə razılaşıb. Ölkələr arasında azad ticarət sazişi mövcuddur. Bundan əlavə, Vaşinqton Seula atom sualtı qayığı inşa etməyə icazə verib və istifadə olunmuş nüvə yanacağının müstəqil emalı hüququ əldə etmək istəyini dəstəkləyib.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:108
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 18 Noyabr 2025 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see730

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see566

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see562

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see324

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see316

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see310

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see279

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see277

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see271

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see265

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see265

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see264

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see264

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see263

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see260

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see238

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see219

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see215

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see212

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri