KXDR dən olan hakerlər Bitget kriptovalyuta birjasından 350 milyon dollar çıxarıblar
Icma.az bildirir, Oxumeni.az saytına əsaslanaraq.
Bitget kriptovalyuta birjasına haker hücumu nəticəsində 351,6 milyon dollar oğurlanıb. Vəsaitlərin çıxarılması müvəqqəti olaraq dayandırılıb, lakin hesablara giriş və ticarət əməliyyatları davam edir. Bu hadisə ilin ən böyük haker hücumu ola bilər. Oxuməni.az xəbər verir ki, bu barədə birjanın baş direktoru Qreysi Çen X sosial şəbəkəsində məlumat verib.
Bitget sistemləri sentyabrın 24-də axşam saatlarında icazəsiz köçürmələri qeydə alıb. Oğurluqların həyata keçirildiyi bir neçə IP ünvanı müəyyən edilib. Qreysi Çenin sözlərinə görə, bu ünvanlar KXDR ilə əlaqəlidir.
“Biz məsuliyyətdən yayınmayacağıq. Hər bir dollar və hər bir qərar nəzərə alınacaq və bütün məsuliyyətlə araşdırılacaq”, – deyə o bildirib. Dəymiş zərərin məbləği şirkətin sığorta fondu hesabına qarşılanacaq. Fondun vəsaiti 464 milyon dollardan çoxdur.
Bitget-in məlumatına görə, fırıldaqçılar birjanın daxili sistemlərinə giriş əldə edərək əməliyyatları saxtalaşdırıblar və daha sonra vəsaitləri çıxarıblar. Yalnız internetə çıxışdan asılı olan kriptovalyuta pul kisələrindəki vəsaitlər oğurlanıb. Şəbəkədən təcrid olunmuş digər aktivlər – “soyuq pul kisələri” adlandırılan vasitələr isə təhlükəsiz qalıb. Oğurlanan vəsaitlərin böyük hissəsi Ethereum (ETH) kriptovalyutasına çevrilib.
Almaz Həsənli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 25 Sentyabr 2026 14:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















