Icma.az
close
up
RU
KXDR dünya müharibəsi barədə xəbərdarlıq edib

KXDR dünya müharibəsi barədə xəbərdarlıq edib

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Ardıcıl bəyanatlarla Koreya yarımadası və ətrafında təhlükəsizlik narahatlığını artıran Koreya Xalq Demokratik Respublikası (KXDR) hökuməti növbəti dəfə ABŞ və müttəfiqlərinə meydan oxuyub.

Bizimyol.info xəbər verir ki, Şimali Koreya Xarici İşlər Nazirliyindən verilən açıqlamada, ABŞ və Cənubi Koreyanın 10-20 Mart tarixləri arasında bölgədə həyata keçirdiyi Azadlıq Qalxanı təliminin "hərbi təxribat" olduğu iddia edilib.

"Bu vəziyyət sübut edir ki, builki Azadlıq Qalxanı Təlimi ABŞ və onun müttəfiqləri tərəfindən hazırlanmış təxribat xarakterli nüvə müharibəsi məşqi olub", - deyə bəyanatda qeyd edilir.

Bildirilib ki, ABŞ və Cənubi Koreya builki Azadlıq Qalxanı Təliminin əhatə dairəsini genişləndirib: "Düşmənin yeraltı tunel şəbəkəsinin məhv edilməsi və nüvə silahlarının məhv edilməsi ssenarisi çərçivəsində 17-20 mart tarixləri arasında həyata keçirilən xüsusi döyüş hazırlığı buna misal ola bilər", - deyə bildirilir.

Bəyanatda Azadlıq Qalxanı Təliminin hər il getdikcə daha aqressiv bir döyüş məşqinə çevrildiyi iddia edilib: “Düşmən dövlətlərin hegemon güc üstünlüyü vasitəsilə Şimali Koreyaya nəzarət etmək üçün hərbi cəhdləri daha təhlükəli həddə çatıb”, - deyilir.

Bəyanatda iddia edilir ki, ABŞ hərbi təlimlər vasitəsilə təkcə Şimali Koreya üzərində deyil, həm də bütün Asiya-Sakit okean regionu üzərində hərbi üstünlük təşkil etməyə çalışır: “Təsadüfi bir qığılcımın dağıdıcı silahlı münaqişəyə çevrilməsi ehtimalı olan Koreya yarımadasında hərbi təlimlərin davam etdirilməsi regional vəziyyəti idarəolunmaz edir”, - deyə qeyd ediliq.

ABŞ-ın rəhbərlik etdiyi birgə hərbi təlimlərdə, o cümlədən “Azadlıq Qalxanı” təlimlərində NATO üzvü ölkələrin də iştirak etdiyini xatırladaraq: “Bu, Koreya yarımadasında hərbi münaqişənin Şimali Koreya və ABŞ-la məhdudlaşmayacağını, istər-istəməz yeni dünya müharibəsinə gətirib çıxara biləcəyini göstərir”, - deyilir.

Bəyanatda sabitliyi pozan regional təhlükəsizlik mühitinin Şimali Koreyanı müdafiə qabiliyyətini gücləndirməyə məcbur etdiyi vurğulanıb. “Heç kimin dayandıra bilməyəcəyi nəhəng hücum gücünə malik olmaq müharibənin qarşısını almağın və hər cür təhdid və şantajın qarşısını almağın ən etibarlı yoludur. Buna görə də Şimali Koreya bütün kateqoriyalar üzrə müdafiə qabiliyyətini davamlı şəkildə gücləndirəcək”, - deyə qeyd edilib.

ABŞ və Cənubi Koreya hərbçiləri Vaşinqton-Seul alyansının hərbi müdaxilə imkanlarını gücləndirmək məqsədi daşıyan Azadlıq Qalxanı adlı birgə təlim keçirib. Şimali Koreya təlimlərin regional gərginliyi artırdığını və təhlükəsizlik riski yaratdığını iddia edərək, ABŞ və Cənubi Koreyaya sərt reaksiya verib.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:168
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 24 Mart 2025 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see312

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see296

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see281

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see280

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see253

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see236

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see232

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see225

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see218

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see217

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see212

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see212

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see210

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see200

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see197

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see189

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see189

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see186

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri