KXDR Lideri artilleriya raket bölmələrinin təlimini izləyib
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Pekin, 15 mart, AZƏRTAC
Koreya Xalq Demokratik Respublikasının (KXDR) Lideri Kim Çen In qızı Kim Cu E ilə birlikdə uzaqmənzilli artilleriya bölmələrinin atəş təlimlərində iştirak edib.
AZƏRTAC Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istinadla xəbər verir ki, təlimə 12 ədəd 600 millimetr kalibrli ultradəqiq çoxsaylı raket buraxıcısı və iki artilleriya bölüyü cəlb olunub.
Məlumata görə, buraxılan raketlər Koreya yarımadasının şərq sularında təxminən 364,4 kilometr məsafədə yerləşən ada hədəfinə dəyib.
Qeyd edək ki, bu, KXDR-in son günlər 2-ci hərbi aktivliyidir. Şimali Koreya ötən gün Yapon (Şərq) dənizi istiqamətində 10-dan çox ballistik raket buraxıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
Bu mövzuda digər xəbərlər:KXDR Lideri artilleriya raket bölmələrinin təlimini izləyib
15 Mart 2026 14:08
KXDR lideri PUA sınaqlarını müşahidə edib
19 Sentyabr 2025 09:24
KXDR lideri Qərbi təhdid etdi KONKRET
22 Noyabr 2024 11:43
ABŞ Prezidenti KXDR lideri ilə görüşmək istəyir
25 Avqust 2025 21:31
KXDR lideri: Hər an ən dağıdıcı termonüvə
22 Noyabr 2024 11:16
Baxış sayı:126
Bu xəbər 15 Mart 2026 10:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















