KXDR raket buraxdı: Cənubi Koreyada təcili iclas çağırıldı
Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.
Cənubi Koreyada (Koreya Respublikası) Şimali Koreya (KXDR) tərəfindən ballistik raketin buraxılması ehtimalı ilə əlaqədar Prezident Administrasiyasının Milli Təhlükəsizlik İdarəsinin təcili iclası çağırılıb.
Moderator.az TASS-a istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya Prezident Administrasiyası məlumat yayıb.
Seulun iddiasına görə, sentyabrın 20-də Vonsan rayonundan Yapon dənizi istiqamətində kiçikmənzilli ballistik raket buraxılıb.
"Şimali Koreyanın ballistik raket buraxması BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozur. Onları təcili olaraq bu addımları dayandırmağa çağırırıq", - deyə Seuldan bəyan edilib.
KXDR tərəfindən buraxıldığı ehtimal edilən raket Yaponiyanın müstəsna iqtisadi zonasından kənara düşüb.
Daha əvvəl KXDR tərəfindən ballistik raketin buraxılması ehtimalı barədə Yaponiyanın Dənizdə Təhlükəsizlik İdarəsi məlumat yaymışdı. İki dəqiqə sonra idarə raketin düşməsi barədə bildiriş paylaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 20 Sentyabr 2026 16:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















