Kylian Mbappé La Liqanın bombardiri oldu
Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İspaniya La Liqasının sonuncu - 38-ci turu çərçivəsində keçirilən "Real" - "Atletik Bilbao" qarşılaşması madridlilərin 4:2 hesablı qələbəsi ilə başa çatıb. "Kral klubu"nun heyətində Kilian Mbappe növbəti qoluna imza atıb. Bu, fransalı hücumçunun cari mövsümdə La Liqada keçirdiyi 31 oyunda 25-ci qolu olub.
Milli.Az sport24-ru-ya istinadən xəbər verir ki, bununla da Mbappe mövsümün bombardiri ünvanına sahib çıxıb.
Bombardirlər yarışında ikinci yeri 23 qolla "Malyorka"nın forvardı Vedat Muriki tutub. Qeyd edək ki, Mbappe ardıcıl ikinci dəfə İspaniya çempionatının ən məhsuldar oyunçusu olur. O, "Real"dakı debüt mövsümündə də 31 matçda 34 qol vuraraq eyni uğuru təkrarlamışdı.
La Liqada ardıcıl iki və daha çox mövsüm bombardir olmağı bacaran sonuncu futbolçu isə Lionel Messi olub. "Barselona"nın sabiq kapitanı 2016/17 mövsümündən etibarən ardıcıl beş il çempionatın bombardiri adını heç kimə güzəştə getməyib.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 24 May 2026 12:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















