La Liqa: Katalonlar “Real”ı büdrətdi
Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İspaniya La Liqasında liderlik mübarizəsi aparan “Real Madrid” doğma meydanda “Jirona”nı qəbul edib.
Futbolpress.az xəbər verir ki, ötən həftəki məğlubiyyətdən sonra azarkeşlər qələbə gözləsə də, “kral klubu” bir xalla kifayətlənməli olub — 1:1.
Matçın 51-ci dəqiqəsində Federiko Valverde “Real”ı önə keçirsə də, qonaqlar 62-ci dəqiqədə Tomas Lemarın qolu ilə tarazlığı bərpa ediblər.
Bu nəticə ilə “Real Madrid” xallarını 70-ə çatdırıb. Lakin son iki turda itirilən 5 xal çempionluq yolunda vəziyyəti çətinləşdirib. Əgər lider “Barselona” (76) bu turda “Espanyol”u məğlub edərsə, əzəli rəqiblər arasındakı xal fərqi 9-a yüksələcək.
”Jirona” isə çətin səfərdən qazanılan bir xalla xallarını 38-ə çatdırıb.
Baxış sayı:143
Bu xəbər 11 Aprel 2026 01:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















