La Liqa prezidenti “Real”a cavab verdi
Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.
İspaniya La Liqasının prezidenti Xavyer Tebas “Real”ın (Madrid) onun dərhal vəzifəsindən ayrılması tələbinə reaksiya verib və klub rəhbərliyini ölkə futbolunun imicinə kölgə salmaqda günahlandırıb.
Futbolpress.az xəbər verir ki, sosial şəbəkə hesabında açıqlama yayımlayan Tebas paytaxt təmsilçisinin bəyanatını açıq təzyiq cəhdi kimi dəyərləndirib:
“Son 13 ildə “Real” rəhbərliyinin neçə dəfə istefamı tələb etdiyini və ya məni vəzifədən uzaqlaşdırmağa çalışdığını saymaqla qurtara bilmirəm. İdman üzrə Ali Şuraya birbaşa və ya üçüncü tərəflər vasitəsilə olunan şikayətlər, cinayət iddiaları və s. Bugünkü bəyanat da sadəcə onlardan biridir. Onlar neytrallıqla müstəqilliyi səhv salırlar. Mənim tutduğum mövqe müstəqillik tələb edir, haqsızlıq qarşısında passivlik və ya “Real Madrid TV”nin, həmçinin onun mesajlarını təkrarlayanların turnirimizə qarşı daimi, qeyri-mütənasib və təhqiramiz hücumları qarşısında susmaq yox. La Liqanın prezidenti çempionatı “Real”ın rəhbərlərindən də qorumalıdır”.
Xatırladaq ki, tərəflər arasındakı gərginliyə Tebasın “Real Madrid TV”nin fəaliyyətini Yozef Göbbelsin təbliğat maşını ilə müqayisə etməsi səbəb olub. “Kral klubu” isə bu çıxışa kəskin reaksiya verərək La Liqa prezidentinin təcili istefasını tələb edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 16 Oktyabr 2026 22:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















