La Liqa Real Madrid i məhkəməyə verəcək “Buna dözmək olmaz”
Icma.az, Fanat saytına istinadən bildirir.
İspaniya La Liqasının prezidenti Xavyer Tebas "Real Madrid"i məhkəməyə verəcəklərini açıqlayıb.
Fanat.Az xəbər verir ki, bu barədə "beİN Sports" məlumat yayıb.
Bu qərara səbəb klubun hakimlikdən narazılığını bildirərək futbol federasiyasına göndərdiyi etiraz məktubu olub.
Tebas La Liqanın Hakimlər Komitəsi, İspaniya Futbol Federasiyası və digər peşəkar klublarla (iclasda iştirak etməyən "Real Madrid" istisna olmaqla) görüşdən sonra verdiyi açıqlamada iddianın hüquqi cəhətdən təhlil etdiklərini bildirib:
"Məhkəmə olacaq, çünki buna dözmək olmaz. Həmin məktubda mümkün olmayan bir şeyə təsir etməyə çalışan yalanlar və yarımçıq həqiqətlər var".
"Real Madrid" 22 turdan sonra 49 xalla La Liqanın lideridir. "Kral klubu" ən yaxın izləyicisi "Atletiko Madrid"i 1, əzəli rəqibi "Barselona"nı 4 xal qabaqlayır.
Mirağa
Baxış sayı:116
Bu xəbər 07 Fevral 2025 14:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















