Icma.az
close
up
RU
La Liqa: “Real Sosyedad” azlıqda “Atletik”lə heç heçə etdi YENİLƏNİB + VİDEO

La Liqa: “Real Sosyedad” azlıqda “Atletik”lə heç heçə etdi YENİLƏNİB + VİDEO

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

İspaniya La Liqasında 22-ci turun oyunu çərçivəsində Bilbao “Atletik”i və “Real Sosyedad” komandaları üz-üzə gəlib. San-Mames Barria stadionunda keçirilən qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, matçda hesabı 37-ci dəqiqədə “Real Sosyedad”ın hücumçusu Qonsalu Qedeş açıb. Oyunun sonlarına yaxın qonaqlar çətin vəziyyətə düşüblər. 83-cü dəqiqədə yarımmüdafiəçi Brays Mendez birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Say üstünlüyündən istifadə edən “Atletik” 88-ci dəqiqədə İniqo Ruisin qolu ilə hesabı bərabərləşdirib.

Bu nəticədən sonra Bilbao “Atletik”i 22 oyunda 25 xal toplayaraq turnir cədvəlində 11-ci pillədə qərarlaşıb. “Real Sosyedad” isə 28 xalla səkkizinci yerdədir.

Növbəti turda “Real Sosyedad” fevralın 7-də doğma meydanda “Elçe”ni qəbul edəcək. “Atletik” isə bir gün sonra “Levante” ilə qarşılaşacaq.

00:44

İspaniya La Liqasında 22-ci turun oyunu çərçivəsində “Xetafe” doğma meydanda “Selta” ilə heç-heçə edib.

İdman.Biz xəbər verir ki, qarşılaşma 0:0 hesabı ilə başa çatıb. Bu nəticədən sonra “Selta” 33 xalla çempionatın turnir cədvəlində 7-ci pillədə qərarlaşıb. “Xetafe” isə 23 xalla 16-cı yerdədir və bütün turnirlər üzrə qələbəsiz oyunlar seriyasını doqquz matça çatdırıb.

21:51

İdman.Biz xəbər verir ki, İspaniya La Liqasında 22-ci turun oyunu çərçivəsində “Betis” doğma meydanda “Valensiya”ya qalib gəlib.

Sevilya təmsilçisi rəqibini 2:1 hesabı ilə məğlub edib. Qarşılaşmada hesab 20-ci dəqiqədə qonaqların hücumçusu Luis Rioxanın qolu ilə açılıb. Cəmi üç dəqiqə sonra “Betis” penalti zərbəsindən yararlanıb və Çimi Avila tarazlığı bərpa edib. Oyunda son sözü isə 88-ci dəqiqədə Pablo Fornals deyib və meydan sahiblərinə qələbə qazandıran qolu vurub.

Bu nəticədən sonra “Betis” 35 xalla La Liqa turnir cədvəlində beşinci pilləyə yüksəlib. “Valensiya” isə 23 xalla 15-ci yerdə qərarlaşıb.

19:20

İspaniya La Liqasının 22-ci turunda “Real” doğma meydanda “Rayo Valyekano”nu 2:1 hesabı ilə məğlub edib. Qarşılaşma Madriddə, “Santyaqo Bernabeu” stadionunda keçirilib.

İdman.Biz xəbər verir ki, oyunda hesabı 15-ci dəqiqədə “Real”ın vingeri Vinisius Junior açıb. 49-cu dəqiqədə qonaqların yarımmüdafiəçisi Xorxe de Frutos tarazlığı bərpa edib. 80-ci dəqiqədə “Rayo Valyekano”nun futbolçusu Pate Siss birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

Oyunun taleyini isə əlavə olunmuş vaxtda təyin olunan penalti həll edib. 90+10-cu dəqiqədə Kilian Mbappe penaltini dəqiq yerinə yetirərək “Real”a qələbə qazandırıb.

22 turdan sonra “Real” 54 xalla turnir cədvəlində ikinci pillədə qərarlaşıb. “Rayo Valyekano” isə 22 xalla 17-ci yerdədir.

Növbəti turda “Rayo Valyekano” fevralın 7-də evdə “Oviedo” ilə qarşılaşacaq, “Real” isə fevralın 8-də səfərdə “Valensiya”nın qonağı olacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:80
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 02 Fevral 2026 02:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see276

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see237

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see213

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see208

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see207

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see197

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see186

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see180

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see166

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see166

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see161

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see160

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see156

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see155

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see155

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see154

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see153

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see151

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see144

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri