La Liqada 2 matç təxirə salındı
Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.
La Liqanın 12-ci turunda keçiriləcək on matçdan ikisi baş tutmayacaq.
“Valensiya” – “Real” və “Vilyarreal” – “Rayo Valyekano” matçları təxirə salınıb. Buna Valensiyada və ətraf bölgələrdə baş verən təbii fələkət səbəb olub. Leysan yağışı və daşqınlar nəticəsində onlarla insan həlak olub və yerli hakimiyyət regionda matəm elan edib.
Qeyd edək ki, İspaniya kubokunun oktyabrın 30-31-də keçirilməli olan “Valensiya” – “Parla”, “Levante” – “Pontevedra”, “Manises” – “Xetafe”, “Exea” – “Erkules”, “Xove” – “Real Sosyedad”, “Xeres” – “Seuta” və “Çiklana” – “Osasuna” matçları təxirə salınıb.
Baxış sayı:167
Bu xəbər 04 Noyabr 2024 20:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















