La Liqada yeni mövsümün 5 oyunu təxirə salınacaq
Icma.az, Footbal-plus saytına istinadən bildirir.
DÇ-2026-nın təqvimi İspaniya La Liqasının 2026/27 mövsümünün ilk turunda dəyişikliklərə səbəb olacaq. Bu haqda yerli “Marca” nəşri məlumat yayıb.
"Football-plus.az" xəbər verir ki, Xavyer Tebas bir müddət əvvəl dünya çempionatında iştirak edən futbolçuların istirahət və mövsümə hazırlıq müddətini təmin etmək məqsədilə bəzi matçların təxirə salına biləcəyini açıqlayıb. La Liqanın prezidenti mundialın bu liqada çıxış edən bütün iştirakçılarına turnirdəki son oyundan sonra üç həftə istirahət və yeni mövsümə hazırlıq üçün əlavə üç həftə vaxt veriləcəyini bildirib. İspaniya, Fransa, İngiltərə və Argentina yığmalarının yarımfinala vəsiqə qazanması ilk turun 5 oyununun təxirə salınmasını qaçılmaz edib.
Beləliklə, yeni mövsümün 1-ci turunun “Barselona” – “Atletik”, “Real” – “Real Sosyedad”, “Atletiko” – “Malaqa”, “Selta” – “Osasuna” və “Valensiya” – “Betis” matçları başqa tarix(lər)də keçiriləcək. Hələ ki bu haqda rəsmi qərar verilməyib. Yeri gəlmişkən, La Liqanın növbəti mövsümünə avqustun 16-da start veriləcək. Maraq üçün 1-ci turda keçiriləcək digər oyunların siyahısını da nəzərinizə çatdırırıq: Espanyol – Levante, Sevilya – Rayo Valyekano, Rasinq – Vilyarreal, Deportivo – Elçe, Alaves – Xetafe.
Baxış sayı:153
Bu xəbər 16 İyul 2026 16:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















