La Liqanın oyunu yarımçıq dayandırıldı
Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İspaniya La Liqasının 8-ci turunda keçirilən “Rayo Valyekano” – “Atletik” (Bilbao) oyunu yarımçıq dayandırılıb.
QOL.az xəbər verir ki, Madriddəki “Valyekas” stadionunda keçirilən qarşılaşma azarkeşlərin davranışı səbəbindən əvvəlcə müvəqqəti dayandırılıb.
İlk hissədə tribunadan meydana yad əşyalar atıldığı üçün baş hakim Xose Sançes Martines oyunu saxlayıb.
Daha sonra polisin tövsiyəsi ilə matçın davam etdirilməməsinə qərar verilib. Bu barədə “Rayo Valyekano” klubunun mətbuat xidməti məlumat yayıb.
Oyun dayandırılarkən hesab 0:0 olub.
Qeyd edək ki, “Rayo Valyekano” 7 oyundan 8 xalla turnir cədvəlində 9-cu, eyni xala malik “Atletik” isə 13-cü pillədə qərarlaşıb.
İspaniya mətbuatının məlumatına görə, azarkeşlər kağız təyyarələr və kiçik plastik toplar atmaqla “Raya Valyekano” prezidenti Raul Martin Presanın idarəçiliyinə etiraz ediblər. Oyunun yenidən başlanmasına cəhd göstərilsə də, hadisələr təkrarlandığından qarşılaşma birdəfəlik dayandırılıb. Matçın davam etdiriləcəyi tarix sonradan açıqlanacaq
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 10 Oktyabr 2026 18:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















