La Liqanın prezidenti: O, özünü Məsih hesab edir”.
Icma.az, sport24.az saytına istinadən bildirir.
İspaniya La Liqasının rəhbəri Xavyer Tebas "Real"ın prezidenti Florentino Peres haqda danışıb. Sport24.az "Marca"-ya istinadən xəbər verir ki, La Liqanın rəhbəri Peresin hər şeydə haqlı olmaq istədiyini bildirib:
"Florentino Peres "Real"ın prezidenti olaraq qaldığı müddətdə məni narahat edəcək. O, çox inadkar və israrlı insandır, hər şeydə haqlı olmaq istəyir. Klubların son toplantısında "Real"ın futbolu xilas edəcəyini söylədi. O, özünü Məsih (İsa peyğəmbər) hesab edir".
Qeyd edək ki, Peres Avropa Super Liqasının başlaması ideyasını fəal şəkildə təbliğ edir. Məhz bu layihə Peres üçün "futbolu xilas etmək" deməkdir. Tebas isə Super Liqa ideyasının əsas əleyhdarlarından biridir. Əldə olan məlumata görə, turnir gələn ildən başlaya bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 13 Noyabr 2024 18:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















