La Manşı keçmək istəyən uşaq faciəvi şəkildə həlak olub
Icma.az bildirir, Azpost portalına istinadən.
Fransada azyaşlı uşaq La-Manş boğazını kiçik qayıqla keçməyə çalışarkən həyatını itirib. AzPost xəbər verir ki, bu barədə məlumatı Fransanın yerli KİV-ləri yayıb.
Məlumata görə, uşağın meyiti bazar günü ölkənin şimalındakı çimərlikdə tapılıb. O, qayığın içindən dənizə düşərək boğulub.
Hadisədən bir gün əvvəl – şənbə günü də daha üç nəfərin həyatına son qoyan oxşar faciə baş verib. İki somalili qadının qayıqda sıxlıq səbəbindən həlak olduğu, bir kişinin isə cəsədinin Qravlin şəhərində, Dünkərk yaxınlığında kanalda tapıldığı bildirilir.
Böyük Britaniya hökumətinin məlumatına əsasən, təkcə şənbə günü La-Manş boğazını 12 kiçik qayıqla 895 nəfər keçib. Bununla da cari ildə ümumi qeyri-qanuni keçidlərin sayı 33 min 300-ü ötüb.
Paylaş
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 29 Sentyabr 2025 12:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















