Icma.az
close
up
RU
“La Nina” və silahlar havanı alt üst edir Meteoroloqdan sarsıdıcı açıqlama

“La Nina” və silahlar havanı alt üst edir Meteoroloqdan sarsıdıcı açıqlama

Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.

“Havanın bu qədər dəyişkən və qeyri-sabit olması regionda baş verən münaqişə və müharibələr, həmçinin "La Nina" fenomeni ilə əlaqələndirmək olar. "La Nina" bu il okean cərəyanlarına və atmosferə təsir etməklə bəzi bölgələrdə havanın soyumasına, digərlərində isə normadan artıq yağıntılara səbəb olur. Bu prosesin yay fəslinin sonlarınadək davam edəcəyi ehtimal edilir".

Bu sözləri Yenisabah.az-a açıqlamasında meteoroloq Cavid Hüseynov deyib. O, bildirib ki, dağıdıcı texnologiyaların meydana gəlməsi və inkişafı meteoroloji vəziyyəti dəyişib:

“Havanın bu qədər dəyişkən və qeyri-sabit olması regionda baş verən münaqişə və müharibələr, həmçinin "La Nina" fenomeni ilə əlaqələndirmək olar. "La Nina" bu il okean cərəyanlarına və atmosferə təsir etməklə bəzi bölgələrdə havanın soyumasına, digərlərində isə normadan artıq yağıntılara səbəb olur. Bu prosesin yay fəslinin sonlarınadək davam edəcəyi ehtimal edilir. Müharibə nəticəsində iqlimə dəyən zərərin qiymətləndirilməsi kifayət qədər yeni mövzudur, çünki əvvəllər müharibənin, xüsusən də hərbi əməliyyatlar kontekstində iqlimə təsirinin bu qədər ətraflı və hərtərəfli qiymətləndirilməsi sahəsində geniş yayılmış təcrübə yox idi. Antik dövrün müharibələri qəddar və qanlı olsa da, sadəcə olaraq texnologiyaların qeyri-kafi inkişafı səbəbindən kifayət qədər məhdud dağıdıcı potensiala malik idi. Müasir dövlətlərin, iqtisadi sistemlərin və getdikcə daha təkmilləşən və dağıdıcı texnologiyaların meydana gəlməsi və inkişafı ilə vəziyyət dəyişməyə başladı, bu da insanların və təbiətin məhvinə səbəb oldu. Sənayenin inkişaf etdiyi və dağıdıcı silahların tətbiqi ilə bölgələrdə hərbi əməliyyatlar aparıldıqda, məhvetmə nəticəsində zəhərli emissiyaların ehtimalı və həcmi kəskin şəkildə artır”.

Cavid Hüseynov qeyd edib ki, müharibənin təbiətə təsirini üç mərhələyə bölmək olar:

“Müharibənin təbiətə təsirini üç mərhələyə bölmək olar: hazırlıq, müharibə və müharibədən sonrakı fəaliyyətlər. Hər üç mərhələ ətraf mühitə ciddi ziyan vurur. Məhv edilmiş avadanlıq, partlayıcı maddələr, yanacaq və sürtkü materialları, metallar və plastiklərdən çirklənmə ilə ətraf mühitə ölümcül təsir göstərməkdə davam edir. Nəticədə atmosferin qaz və aerozol tərkibini dəyişməklə radiasiya rejiminə, rütubəti və onunla birgə buxarlanmanı dəyişməklə, yağıntıların tərkibinə, miqdarına və paylanmasına təsir edə bilir. Aparılan tədqiqatlar göstərir ki, müharibə şəraitində olan Əfqanıstan 1990–2007-ci illər arasında meşələrinin üçdə birini itirdi və nəticədə daha çox quraqlıq, səhralaşma və bir sıra bitki və heyvan növlərinin itirilməsi baş verdi (ərazisindən köç edən quşların sayı 85 faiz azalıb). Son illərdə planeti ekoloji fəlakətdən xilas etmək haqqında çox danışılır: bütün dünya liderləri təcili tədbirlərin görülməsinin zəruriliyi ilə razılaşırlar. Atmosferə atılan tullantıların, karbohidrogenlərin, zərərli kimyəvi maddələrin sənaye və kənd təsərrüfatında istifadəsinin azaldılmasına, poliqonlara və plastik çirklənməyə qarşı mübarizəyə, biomüxtəlifliyin qorunmasına yönəlmiş bir çox qətnamələr, proqramlar və tədbirlər qəbul edilir. Ancaq müasir ekoloji narahatlığın faktiki olaraq toxunulmadığı bir sahə var ki, bu da müharibələrdir. Bəlkə də müharibələri dayandırmaq üçün həddən artıq cəsarət və qlobal razılaşma tələb oluna bilər. Həqiqət budur ki, sonsuz silahlı münaqişələrdə bəşəriyyət nəinki ekoloji təhlükəsizlik planlarını poza bilər, həm də bütün planetə ciddi ziyan vura bilər”.

Nazim Hacıyev


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 16 İyun 2025 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see194

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see155

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see150

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see148

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see142

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see137

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see137

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see135

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see135

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see134

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see132

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri