Icma.az
close
up
RU
Laboratoriya avadanlıqları vahid rəqəmsal repozitariyada birləşdirilib

Laboratoriya avadanlıqları vahid rəqəmsal repozitariyada birləşdirilib

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən “Rəqəmsal Repozitariyaların İnkişafına Dəstək” layihəsi çərçivəsində laboratoriya avadanlıqları üzrə mərkəzi rəqəmsal repozitariya istifadəyə verilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə EATDA məlumat yayıb.

Bildirilib ki, platformanın yaradılmasında əsas məqsəd ölkənin elmi və ali təhsil müəssisələrində mövcud olan laboratoriya avadanlıqları haqqında məlumatları vahid rəqəmsal bazada toplamaq və tədqiqatçılar üçün bu avadanlıqlara çıxışı asanlaşdırmaqdır. Bu platforma ölkənin elmi və ali təhsil müəssisələrində mövcud olan laboratoriya avadanlıqlarını vahid bazada birləşdirən ilk açıq çıxışlı rəqəmsal repozitariyadır.

Hazırda repozitariyada 29 müəssisəyə aid 2000-ə yaxın laboratoriya avadanlığı haqqında məlumat yerləşdirilib. Bazada avadanlığın adı, istehsalçı şirkəti və ölkəsi, istehsal ili, yerləşdiyi laboratoriya, şəkli, eləcə də avadanlığa məsul şəxs barədə məlumatlar təqdim olunur.

Layihə laboratoriya avadanlıqlarından daha səmərəli istifadə olunmasına, eyni avadanlığın müxtəlif qurumlar tərəfindən təkrar alınmasının qarşısının alınmasına və büdcə vəsaitlərinə qənaət edilməsinə töhfə verəcək. Eyni zamanda, platforma alim və tədqiqatçıların elmi fəaliyyətini dəstəkləməklə yanaşı, elmi, sənaye və korporativ müəssisələr arasında əməkdaşlıq imkanlarını genişləndirəcək.

Hazırda sistemdə yerləşdirilən məlumatlar davamlı olaraq yenilənir və genişləndirilir. Yaxın mərhələdə platformada elmi və ali təhsil müəssisələrinin elmi nəşrlərinin və tədqiqatçı profillərinin də yerləşdirilməsi nəzərdə tutulur.

İnventarında olan laboratoriya avadanlıqları haqqında məlumatları elmi ictimaiyyətlə bölüşmək istəyən sənaye və korporativ müəssisələr də layihəyə qoşula bilərlər.

Rəqəmsal repozitariyaya keçid vasitəsilə daxil olmaq mümkündür.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 27 Aprel 2026 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see305

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see289

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see274

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see272

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see234

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see231

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see216

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see216

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see213

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see211

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see209

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see207

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see203

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see198

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see195

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see187

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see184

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see183

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri