Icma.az
close
up
RU
“Labubu” artıq Bakıda… Qorxulu trendin uşaqlara mənfi təsiri

“Labubu” artıq Bakıda… Qorxulu trendin uşaqlara mənfi təsiri

Icma.az, Tribuna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son günlər sosial şəbəkələrdə sürətlə yayılan və uşaqlar arasında populyarlaşan “Labubu” adlı oyuncaq artıq Bakıda da satışa çıxarılıb. Əsasən uşaq oyuncaqları satışını həyata keçirən böyük mağazalarda bu oyuncağın qiyməti 29-39 manat arasında dəyişir. Qiymət oyuncağın ölçüsünə görə tənzimlənir.

Tribunainfo.az xəbər verir ki, diqqətçəkici görünən bu oyuncaq, əslində bir çox valideyni həm də narahat etməlidir. Çünki kənardan sevimli görünən “Labubu” oyuncağı xarici görünüşü ilə ənənəvi uşaq oyuncaqlarından tamamilə fərqlənir. İri dişlər, qəribə və bəzən qorxu doğuran mimikalar oyuncağa yad və təhrikedici bir vizual aura verir. Oyuncaqdan daha çox qəribə dekorasiya predmetini xatırladan bu fiqurun uşaqlara hansı emosional mesajı ötürdüyü mübahisə doğurur.

Uşaq psixologiyası üzrə mütəxəssislərin fikrincə, bu cür vizual olaraq aqressiv və qəribə fiqurlar uşaqlarda emosional narahatlığa, qorxu hissinə, bəzən isə yuxu pozuntularına səbəb ola bilər. Uşaqların inkişafında əsas rol oynayan empatiya, sevgi və harmoniya kimi anlayışlar belə oyuncaqlarla əlaqələndirilmir.

Həmçinin vurğulanır ki, bu tip oyuncaqlar “fərqli olmaq” adı altında qəribəlik və aqressiyanı cazibədar göstərə bilər ki, bu da uşaqlarda sosial davranışların təhrifinə yol aça bilər.

Oyuncağın bu qədər tez məşhurlaşmasının səbəbi əsasən TikTok və digər platformalarda yayımlanan videolardır. Populyar bloqqerlərin və fenomenlərin istifadə etdiyi hər bir əşya, uşaqlar və yeniyetmələr arasında dəb halını alır. Bu isə istehlak üzərində manipulyasiyaya geniş meydan yaradır.

Ekspertlər bildirirlər ki, valideynlər oyuncaq seçərkən yalnız qiymət və ya trendə deyil, onun psixoloji və davranış təsirlərinə də xüsusi diqqət yetirməlidirlər. Uşaq üçün alınan hər bir oyuncaq həm də bir dəyər daşıyıcısıdır – sevgi, dostluq, empatiya yoxsa qorxu, təcavüz və qəribəlik?

“Labubu” bir çox uşaq üçün sadəcə maraqlı bir əşya kimi görünsə də, onun forması, mesajı və psixoloji təsiri barədə ciddi düşünmək lazımdır. Oyuncaq sadəcə əyləncə deyil, uşağın şüuruna toxunan tərbiyə vasitəsidir.

Gülşə Rəsul

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 24 İyun 2025 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see347

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see238

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see220

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see188

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see169

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see169

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see165

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see155

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see154

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see154

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see152

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see152

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see151

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see150

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see149

İKİ SABİQ NAZİR İNSTİTUT DİREKTORU VƏZİFƏSİNDƏN ÇIXARILDI: yeni institut yaradıldı Misir Mərdanovla Əli Abbasov yola salındı

28 Dekabr 2025 22:42see139

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see138

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see138

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see135

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri