Icma.az
close
up
RU
“Labubu”nun hesabına 8 ayda sərvətini 19 milyard dollar artırdı

“Labubu”nun hesabına 8 ayda sərvətini 19 milyard dollar artırdı

Yeniavaz saytından alınan məlumata görə, Icma.az bildirir.


Çinin “Pop Mart International Group” şirkətinin qurucusu və rəhbəri Vanq Ninq sərvətini kəskin şəkildə artırıb.
Yeniavaz.com
“Bloomberg”ə istinadən xəbər verir ki, “Pop Mart” aksiyalarının bahalaşması nəticəsində onun sərvəti bu ilin əvvəlindən ötən 8 ay ərzində 19 milyard dollar artaraq 26,6 milyard dollara çatıb.
Bu artımdan sonra Vanq Ninq dünyanın ən zəngin insanları siyahısında ilk 100-lüyə daxil olub.
Məlumat üçün bildirək ki, bu artımın əsas səbəbi isə şirkətin ən çox satılan məhsullarından biri – “Labubu” oyuncağıdır.
Qeyd edək ki, “Pop Mart International Group” 2010-cu ildə qurulub və hazırda dünyanın ən iri oyuncaq istehsalçılarından biridir. Şirkətin əsas uğuru məhdud sayda buraxılan kolleksiya fiqurları və onların ətrafında yaradılan populyar mədəniyyət dalğasıdır.
“Labubu” ilk dəfə 2014-cü ildə Honq-Konqlu illüstrator və oyuncaqlar dizayneri Kasinq Lunq tərəfindən yaradılıb. “Labubu” “Bədheybətlər” (“The Monsters”) adlı kolleksiyanın əsas qəhrəmanıdır. Böyük qulaqları, iti dişləri və şən, bir az da qorxunc görünüşü ilə tanınır.

“Labubu” 2019-cu ildən “Pop Mart” tərəfindən oyuncağa çevrilərək satışa çıxarılıb. Qısa müddətdə “Labubu” Çində, Yaponiyada və Qərb ölkələrində trend oyuncağa çevrilib.
Oyuncaqlar məhdud sayda buraxıldığı üçün kolleksiyaçılar arasında böyük tələb var. “TikTok”, “Instagram” və digər platformalarda “Labubu” ilə çəkilən videolar trendə çevrilib. Onun dizaynı həm uşaqlara əyləncəli gəlir, həm də böyüklər tərəfindən kolleksiya dəyəri daşıyır.
Hazırda “Labubu”nun nadir versiyaları bir neçə min dollara qədər satılır. Bu isə “Pop Mart” şirkətinin gəlirlərini rekord həddə çatdırıb.
Murad Məmmədov
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 29 Avqust 2025 16:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see243

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see199

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see193

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see181

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see174

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see153

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see152

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see151

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see151

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see148

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see147

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see143

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see141

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see140

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see137

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see136

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see136

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see132

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see130

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri