Laçın obaları heyvanlarda dabaq xəstəliyi yayılıb Rəsmilərdən isə xəbər yoxdur (VİDEO)
Icma.az, Mia.az portalına istinadən məlumat verir.
Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində (Laçın obaları) heyvanlarda dabaq xəstəliyi yayılıb.
Mia.az xəbər verir ki, bu barədə vətəndaşlar Xəzər TV-yə danışıb.
Sakinlərin sözlərinə görə, qəsəbədəki bütün heyvanlarda bu xəstəlik müşahidə olunub: “Artıq 10 gündən çoxdur ki, heyvanlar xəstədir. Heç kəs maraqlanmır. Burada ümumi vəziyyət budur. Mənim 5 baş heyvanım var, hamısı xəstədir”.
Təsərrüfat sahibləri həmçinin qeyd edib ki, heyvanlara daha öncə vaksin vurulsa da, heç bir xeyiri olmayıb.
Baytar isə bildirib ki, xəstəlik səbəbi müxtəlif ola bilər: “Vaksinlər tətbiq edilib, ancaq ola bilsin ki, yeni heyvan alıb gətirdikdə ondakı virus digərlərinə yayılıb. Həmçinin buranın sadəcə bir otlaq sahəsi var. Orada nəfəs vasitəsilə virusun heyvandan-heyvana keçməsi halı yaşana bilər”.
Daha ətraflı videomaterialda:


