Icma.az
close
up
RU
Laçın şəhəri laçın çağlarına geri dönür

Laçın şəhəri laçın çağlarına geri dönür

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

26 avqust tarixi Azərbaycan üçün xüsusi bir gündür. Bu gün işğaldan azad olunmuş Laçın şəhərinin yenidən doğuluşunu, qədim yurd yerimizin öz sahiblərinə qovuşmasını təmsil edir. Azərbaycan xalqı üçün Laçın təkcə bir coğrafi məkan deyil, həm də milli qürur, tarix və gələcək ümidlərinin rəmzidir.

Ölkə Prezidenti cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis olunması ölkəmizin tarixi qələbə günlərinin əbədiləşdirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir. Bu isə öz növbəsində gənc nəslin milli-vətənpərvərlik ruhunda yetişməsinə təsir edən mühüm amillərdən biri kimi çıxış edir. Məhz bu Sərəncama əsasən 26 avqust Laçın şəhəri günü kimi müəyyən edilib. Bu gün Laçında quruculuq və bərpa işləri aparılır, şəhər yeni simasını qazanaraq müasir, abad və gözəl bir yaşayış məkanına çevrilir.

26 avqust həm də birliyin, həmrəyliyin və mübarizənin nəticəsini göstərən simvolik gündür. Azərbaycan Ordusunun qəhrəmanlığı, xalqımızın iradəsi və dövlətimizin gücü nəticəsində Laçın torpaqları azadlığa qovuşdu. Bu, gələcək nəsillərə vətən sevgisinin ən böyük dərsi kimi qalacaq.

Laçın Şəhəri Günü yalnız bir bölgənin bayramı deyil, bütün Azərbaycanın sevincidir. Hər bir vətəndaş bu gün qürurla Laçının adını çəkir, azad edilmiş torpaqlarda yüksələn üçrəngli bayrağımıza sevinclə baxır. Bu sevinc bizi gələcəyə daha da ümidlə aparır.

Şəhərin bərpası ilə yanaşı, sosial və mədəni həyat da canlanır. Laçında məktəblər, xəstəxanalar, yollar, parklar inşa edilir. İnsanların öz doğma yurdlarına qayıtması üçün bütün şərait yaradılır. Bu, həm tarixə, həm də gələcəyə verilən böyük bir dəyərdir.

26 avqust – Laçın Şəhəri Günü həm qəhrəmanlıq, həm də yenidənqurma rəmzidir. Bu gün bizə göstərir ki, birlikdə olduqda heç bir çətinlik bizi dayandıra bilməz. Laçın artıq yenidən dirçələn, abadlaşan və gələcəyə inamla addımlayan bir şəhərdir.

Ağaverdi Əliverdiyev,

YAP Qusar rayon təşkilatının əməkdaşı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:317
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 25 Avqust 2025 19:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see525

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see486

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see358

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see278

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see273

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see264

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see261

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see258

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see251

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see236

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see235

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see235

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see231

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see219

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see210

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see206

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see200

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see182

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see173

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri