Icma.az
close
up
RU
Laçın: yeni şəhərsalma modeli və qayıdışın əsas göstəriciləri KONKRET

Laçın: yeni şəhərsalma modeli və qayıdışın əsas göstəriciləri KONKRET

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

26 avqust – Laçın Şəhəri Günü münasibətilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən videoçarx hazırlanıb.

Videoçarxda Laçının işğaldan azad olunmasından sonra müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulması və əhalinin doğma yurdlarına qayıdışının təmin edilməsi istiqamətində həyata keçirilən işlərdən bəhs olunur.

Qeyd edək ki, “Laçın şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 iyun 2025-ci il tarixli qərarı ilə təsdiq edilib. Baş Plan Laçının tarixi-mədəni irsinin qorunması, şəhərin müasir və dayanıqlı inkişafının təmin edilməsi, əlverişli yaşayış mühitinin formalaşdırılması və əhalinin artan ehtiyaclarına uyğun şəhər infrastrukturunun yaradılmasını nəzərdə tutur.

Baş Plana əsasən, Laçın şəhərinin planlaşdırılan ərazisi 738 hektar təşkil edir. Perspektivdə şəhər əhalisinin 18 min nəfərə çatdırılması nəzərdə tutulur. Şəhərdə əhalinin rahat və keyfiyyətli həyat şəraitinin təmin olunması məqsədilə 15 təhsil müəssisəsinin və 1 xəstəxananın yaradılması planlaşdırılır.

Müasir şəhər mobilliyi prinsiplərinə uyğun olaraq, Laçında ümumi uzunluğu 66 kilometr olan küçə-yol şəbəkəsinin, həmçinin 38 kilometr uzunluğunda piyada və velosiped yollarının formalaşdırılması nəzərdə tutulur. Bu yanaşma şəhərdə rahat, təhlükəsiz və ekoloji baxımdan dayanıqlı hərəkət imkanlarının yaradılmasına xidmət edir.

“Böyük Qayıdış” proqramı çərçivəsində bu günədək Laçın şəhərinə 614 ailə (2264 nəfər) köçürülüb. Bununla yanaşı, bərpa olunan Zabux kəndində 217 ailə (823 nəfər), Sus kəndində 59 ailə (215 nəfər), Bəylik kəndində isə 89 ailə (363 nəfər) məskunlaşdırılıb. Beləliklə, ümumilikdə Laçın rayonuna 979 ailə (3665 nəfər) qayıdıb.

Laçın doğma sakinlərini yenidən qoynuna alır. Vaxtilə məcburi köçkünlük həyatı yaşayan insanların yurd yerlərinə qayıdışı ilə şəhər və kəndlərdə həyat yenidən canlanır, yeni yaşayış məkanları, sosial infrastruktur və müasir şəhər mühiti formalaşır. Aparılan genişmiqyaslı bərpa və quruculuq işləri Laçının tarixi simasının, zəngin milli-mədəni irsinin və özünəməxsus şəhərsalma ənənələrinin qorunaraq müasir yanaşmalar əsasında inkişaf etdirilməsinə, bu dəyərlərin gələcək nəsillərə layiqincə ötürülməsinə mühüm töhfə verir.

Bu gün Laçında hər yeni tikili, salınan küçə, abadlaşdırılan məkan və məskunlaşan ailə “Böyük Qayıdış”ın real mənzərəsini yaradır. Doğma torpaqlarda yenidən qurulan həyat Laçının keçmişlə gələcək arasında möhkəm bağ yaradan, müasir şəhərsalma həlləri ilə tarixi irsini bir araya gətirən və dirçəliş yolunda inamla addımlayan şəhərə çevrildiyini nümayiş etdirir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://konkret.az
archiveBu xəbər 26 Avqust 2026 13:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see627

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see545

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see296

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see294

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see271

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see268

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see258

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see258

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see256

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see229

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see228

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see226

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see226

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see224

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see223

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see222

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see219

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see218

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see216

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri