Icma.az
close
up
RU
Laçına həyatın qayıtması tariximizin ən qürurlu səhifələrindən biridir

Laçına həyatın qayıtması tariximizin ən qürurlu səhifələrindən biridir

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli “Azərbaycan Respublikasının azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncamına əsasən 26 avqust Laçın Şəhəri Günü kimi qeyd edilir. Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfəri siyasi müstəvidə də öz təsdiqini tapdı. Belə ki, Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını işğaldan azad etmək məcburiyyətində qaldı və bununla da tarixi ədalət bərpa olundu. Azərbaycanın hərbi-siyasi qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən, 20 noyabrda Ağdam, 25 noyabrda Kəlbəcər və 1 dekabrda isə Laçın geri qaytarıldı. Üç il bundan əvvəl, 2022-ci avqustun 26-da isə Azərbaycan Ordusu Laçın şəhərini, Zabux və Sus kəndlərini nəzarətə götürməklə Laçın rayonunun işğalına tamamilə son qoydu.

30 ilə yaxın işğal altında qalan Laçın bu gün müasir və abad bir şəhərə çevrilir. Prezident İlham Əliyev şəhərdəki çıxışında Laçının yeni inkişaf dövrünü belə xarakterizə edib: “Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər – hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun.”

Laçın rayonu 1992-ci ilin mayında Ermənistan tərəfindən işğal olundu. Bu işğal Azərbaycan xalqı üçün böyük faciə idi: şəhər dağıdıldı, evlər yandırıldı, tarixi və mədəni abidələr məhv edildi. Uzun illər Laçın həsrəti ilə yaşayan sakinlər yalnız 2020-ci ilin Vətən müharibəsində qazanılan Qələbədən sonra doğma yurdlarına qayıtmaq ümidini reallığa çevirdi.

2022-ci ilin avqustunda Laçının şəhər mərkəzi və ətraf kəndlərindən erməni silahlı birləşmələri çıxarıldı və Azərbaycan ordusu tam nəzarəti təmin etdi. Bu hadisə Laçının taleyində yeni səhifənin başlanğıcı oldu.

Laçın şəhərində aparılan quruculuq işləri geniş miqyas alıb. Burada artıq müasir yaşayış binaları və fərdi evlər inşa edilir, şəhərin siması tamamilə yenilənir. Sakinlərin rahatlığı üçün məktəb, uşaq bağçası, xəstəxana və mədəniyyət mərkəzləri tikilir.

Eyni zamanda, rayonda elektrik, su, qaz və rabitə infrastrukturu tamamilə yenidən qurulur ki, bu da Laçının müasir şəhər standartlarına uyğun inkişafına şərait yaradır.

Qarabağın digər bölgələri kimi Laçında da “Böyük Qayıdış” proqramı uğurla həyata keçirilir. Artıq Zabux və Sus kəndlərində yeni evlər tikilərək ilk köçkün ailələri doğma torpaqlarına qayıdıb. Bu qayıdış, həm dövlətin gücünü, həm də xalqın torpağa bağlılığını göstərən tarixi hadisə kimi qiymətləndirilir.

Laçın coğrafi baxımdan strateji mövqeyə malikdir. Qarabağı Azərbaycanın digər bölgələri ilə birləşdirən əsas yollar məhz bu rayondan keçir. Bu baxımdan Laçının azad olunması həm iqtisadi, həm də hərbi-strateji baxımdan mühüm əhəmiyyət daşıyır.

Eyni zamanda, Laçın zəngin təbiəti, tarixi və mədəni irsi ilə də seçilir. İşğal illərində dağıdılmış məscidlər, qəbiristanlıqlar və tarixi abidələr bu gün dövlət tərəfindən bərpa olunur. Bununla həm milli yaddaş dirçəldilir, həm də gələcək turizm potensialı gücləndirilir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr yalnız tikinti prosesi deyil, həm də tarixi ədalətin bərpasıdır. Laçında aparılan quruculuq işləri dövlətin iqtisadi gücünün, xalqın birliyinin və milli qürurun bariz göstəricisidir.

Laçın artıq yalnız Azərbaycanın deyil, bütün regionun sülh, inkişaf və yenidənqurma nümunəsinə çevrilir. Burada yaradılan şərait həm yerli sakinlər, həm də gələcək nəsillər üçün möhkəm təməl rolunu oynayır.

26 avqust – Laçın şəhəri günü Azərbaycan xalqının qürurla qeyd etdiyi tarixdir. Bu gün yalnız işğaldan azadlığın deyil, həm də yeni inkişaf dövrünün başlanğıcı kimi dəyərləndirilir.

Laçının siması bu gün tamamilə dəyişir: müasir infrastruktur, abad məhəllələr, sosial obyektlər və gözəl mənzərə ilə Laçın “cənnət məkanı”na çevrilir. Bu, həm dövlətin gücünün, həm də xalqın iradəsinin təntənəsidir.

Laçın şəhəri günü bizə xatırladır ki, Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında həyat yenidən doğulur və bu torpaqlar artıq sülhün, inkişafın və gələcəyə inamın ünvanına çevrilib.

Mehman RAMAZANOV,

Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədr müavini

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 25 Avqust 2025 12:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see199

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see180

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see169

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see165

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see163

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see156

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see143

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see140

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see134

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see134

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see131

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see125

Tramp Rza Pəhləvi ilə mümkün görüşdən danışdı

08 Yanvar 2026 23:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri