Laçına səfər edən Polşa səfiri: İrəliləyişin necə getdiyini görmək həqiqətən maraqlıdır
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Laçın, 20 iyun, Aydın Yavərzadə, AZƏRTAC
Səfərimiz çox təsiredicidir. Bu torpaqlara sayca ikinci səfərimdir. Ölkənizin gözəlliyi, təbiəti və dəyişikliklərin miqyası, qoyulan investisiyalar, modernləşmə məni çox heyran edir. Düşünürəm ki, bu, regionun gələcəyi üçün çox vacibdir.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında diplomatik korpus nümayəndələrinin işğaldan azad edilən Laçına səfəri zamanı Polşanın ölkəmizdəki səfiri Pavel Radomski söyləyib.
“Mən başa düşürəm ki, insanları öz doğma torpaqlarına qaytarmaq, bu əraziləri onlar üçün hazırlamaq nə qədər çətindir. Bunun öhdəsindən gəlmək üçün buraya qayıdan insanlara təkcə maddi yox, hərtərəfli kömək etmək əzmi tələb olunur. Bu böyük planda irəliləyişin necə getdiyini görmək həqiqətən maraqlıdır. Bu əraziləri yenidən qurmaq, insanları qaytarmaq olduqca məsuliyyətli işdir. Bu işdə uğurlar arzulayıram”, - deyə o bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 20 İyun 2025 17:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















