Icma.az
close
up
RU
Laçına səfər: “Siyasi qarşıdurma yox, sağlam dialoqun oluğuna dair mesajdır”

Laçına səfər: “Siyasi qarşıdurma yox, sağlam dialoqun oluğuna dair mesajdır”

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Müasir dövrdə Azərbaycanda qanuna əsaslanan normal siyasi mühitin və yeni siyasi münasibətlər sisteminin formalaşdırılmasi ölkənin siyasi sistemin inkişafının aktual istiqanətlərindən biridir. Bu prosesində dövlətlə siyasi partiyalar arasında dialoqun əhəmiyyəti əvəzsizdir və bunun alternativiyoxdur. Belə ki, siyasi partiyalar, ayrı-ayrı şəxslərin və şəxslər qrupunun, sosial təbəqələrin müxtəlif fərdi və korporativ maraqlarını ümumi siyasi maraqlara çevirib təmsil etməklə bütövlükdə cəmiyyətlə dövlət arasında bir növ əlaqələndirici vəsilə kimi çıxış edir”.

Bunu “Cebheinfo.az”-a sabiq millət vəkili Qulamhüseyn Əlibəyli deyib. O bildirib ki, cəmiyyətdə sağlam siyasi dialoq mühitinin formalaşması ilk növbədə iqtidar – müxalifət qarşıdurmasının siyasi partiyalarla dövlət orqanları arasında konstruktiv əməkdaşlıqla əvəz olunmasına şərait yaradır, milli maraqların və milli birliyin qorunması naminə ölkənin bütün siyasi qüvvələrinin səfərbər olmasına kömək edir:

“Bütövlükdə siyasi partiyalarla dövlət arasında sağlam dialoq mühiti və konstruktiv əməkdaşlıq, ümummilli məsələlərdə birliyin və həmrəyliyin olması cəmiyyətin və dövlətin inkişafını şərtləndirən əsas amillərdəndir. Siyasi dialoqlar vasitəsilə dövlət orqanları cəmiyyət və dövlət üçün əhəmiyyət kəsb edən aktual məsələlərə dair siyasi partiyaların, müxtəlif qrupların və təbəqələrin mövqelərini, onları narahat edən məqamları birbaşa öyrənir, narahatlıq doğuran məsələlərə dair təklifləri ümumiləşdirmək və lazım gələrsə həmin sahələr üzrə həyata keçirilən siyasətdə operativ dəqiqləşdirmələr etmək imkanı əldə edirlər”.

Həmsöhbətimiz bu baxımdan son bir neçə ildə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin həyata keçirdiyi tədbirlərin əhəmiyyətini xüsusi qeyd edib:

“Bu tədbirlər cəmiyyətdə siyasi müstəvidə yeni münasibətlər sisteminin formalaşmasına, ümummilli məsələlərdə xalq – dövlət – siyasi partiyalar birliyinin və milli həmrəyliyin yaranmasına gətirib çıxardı. 44 günlük Vətən müharibəsi və bir günlük antiterror əməliyyatı zamanı milli birlik və həmrəyliyin ən yüksək nöqtəsi oldu və bizim ümummilli məsələlərdə birgə olmağımızın, vahid mövqedən çıxış etməyimizin əyani nümayişi oldu.

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşkilatçılığı ilə işğaldan azad olunmuş bölgələrə partiya sədrləri və nümayəndələrinin, müstəqil siyasətçilərin, politoloq və siyasi şərhçilərin, media subyektlərinin rəhbərlərinin və jurnalistlər birgə səfərlərinin təşkili artıq ənənə halını almışdır. Aprelin 29-da Laçın şəhərinə təşkil olunmuş səfər sayca 6-cıdır. Laçın səfəri milli birlik və həmrəyliyin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi istiqamətində həyata keçirilən növbəti əhəmiyyətli tədbir olub yeni siyasi münasibətlər sisteminin daha da möhkəmlənməsinə kömək edəcək. 

Səfər çərçıvəsində Laçında bərpa və yenidənqurma işlərinin təşkili, əhalinin qayıdışı üçün görqlən işlər, o cümlədən yaşayış binalartının tikintisi, infrasutrukturların yaradılması, məşğulluq problemlərinin həlli istiqamətində həyata keçirilən və görülməsi nəzərdə tutulan işlərlə tanışılıq səfərdə iştirak edənlərdə pozitiv təəssürat yaratdı. 

Birgə səfər bu baxımdan yalnız siyasi həmrəylik aktı kimi deyil, həm də işğaldan azad olunmuş bölgələrdə həyata keçirilən bərpa və quruculuq işlərinə verilən ümumi siyasi dəstəyin ifadəsi kimi nəzərdən keçmirilməlidir”.

Belə səfərlər göstərir ki, partiyalar və müstəqil siyasətçilər arasında siyasi və ideoloji baxışlara görə müxtəlif fərqlər, bəzi ziddiyyətli məqamlar olsa da, ölkənin ərazi bütövlüyü və suverenliyinin qorunması və daha da möhkəmləndirilməsində, gələcək inkişafın prinsiplərinin müəyyənləşdirilməsində ciddi əksliklər yoxdur:

“Həmin məsələlərdə bir növ konsensus mövcuddur. Bu səfərlər həm də cəmiyyətə və beynəlxalq aləmə ölkədə siyasi qarşıdurmanın deyil, sağlam dialoqun, qarşılıqlı anlayışın və solidar məsuliyyətin olmasını əyani surətdə göstərən ciddi bir mesaj kimi də dəyərləndirilməlidir”. 

Xəzər 
"Cebheinfo.az"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 04 May 2025 13:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see285

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see257

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see250

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see249

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see245

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see240

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see231

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see228

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see222

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see216

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see212

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see212

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see208

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see208

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see205

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see196

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see194

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see194

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see194

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri