Laçında 21 ölkəni təmsil edən gənclərə ustad dərsləri keçiriləcək
Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
"Laçın Günü münasibətilə keçirilən tədbirlər çərçivəsində həm Laçın gənclər düşərgəsi, həm MDB gənclər düşərgəsi, həm də kino günləri və incəsənət festivalının təşkili qərara alınıb".
Oxu.Az-ın Laçına ezam olunan əməkdaşı xəbər verir ki, bunu Mədəniyyət Nazirliyinin Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri Fərrux Cumayev jurnalistlərə açıqlamasında deyib.
"Bu tədbirlərin keçirilməsində əsas məqsəd Laçının mədəniyyətini və tarixini daha geniş auditoriyaya çatdırmaq, gəncləri və incəsənət sahəsində fəaliyyət göstərən yaradıcı şəxsləri bir araya gətirməkdir.
Həmçinin Azərbaycanın bu sahədə gördüyü işlər, Azərbaycan gənclərinin nailiyyətləri barədə fikir mübadiləsi aparılacaq və gələcək layihələrin, yeni təşkilatların təşəkkülünə zəmin yaradılacaq.
Hazırda düşərgədə 21 xarici ölkədən gəlmiş gənclər iştirak edirlər. Ümumilikdə isə tədbirdə 100-ə yaxın gəncin iştirakı nəzərdə tutulub.
İki gün ərzində gənclərin Laçınla tanışlığı, şəhərin mədəniyyətini yaxından öyrənməsi, müxtəlif ustad dərslərində iştirakı planlaşdırılır. Bu dərslər, əsasən, memarlıq qrafikası, teatr, pantomim və təsviri sənət sahələrini əhatə edəcək. Eyni zamanda, gənclərin əsərlərindən ibarət sərgilər də nümayiş olunacaq.
Bu gün həm də Laçın Günü çərçivəsində möhtəşəm konsert proqramı təqdim olunacaq.
Tədbirin növbəti günlərində isə MDB məkanından olan qonaqların iştirakı ilə müxtəlif təqdimatlar, kino nümayişləri təşkil ediləcək", - deyə F.Cumayev qeyd edib.
Əzizə İsmayılova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 26 Avqust 2025 13:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















