Icma.az
close
up
RU
Laçında ali məktəblərə qəbul olunan məzunlarla görüş keçirilib

Laçında ali məktəblərə qəbul olunan məzunlarla görüş keçirilib

Azertag saytına istinadən Icma.az xəbər verir.

Laçın, 25 avqust, Aydın Yavərzadə, AZƏRTAC

Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyində bu il ali məktəblərə qəbul imtahanlarında uğur qazanmış məzunlarla görüş keçirilib.

Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, tədbirdə xüsusi nümayəndəliyin rəsmisi Hüseyn Quliyev gəncləri, onların valideynlərini və müəllimlərini təbrik edib, uğurlar arzulayıb. O, rayonun ümumtəhsil məktəblərinin son illərdə yüksək nəticələr göstərdiyini bildirib, təhsilin əhəmiyyətini vurğulayıb və tələbələrə gələcək karyeralarında faydalı tövsiyələr verib.

Sus kənd tam orta məktəbin direktor müavini İpək Bayramova da məzunları tələbə adını qazanmaları münasibətilə təbrik edib. O, şagirdlərin hər birinin zəhmətkeş olduğunu diqqətə çatdıraraq bildirib ki, məcburi köçkünlük dövründə çəkilən bütün əziyyətlər bu gün əldə olunan uğurlarla öz bəhrəsini verir.

Valideynlər səmimi görüşdən məmnunluqlarını ifadə edib, gənclərə təhsil yolunda uğurlar arzulayıblar.

Laçın rayonundan bu il ali məktəblərə qəbul olunan məzunların tam siyahısı:

Laçın şəhər 2 nömrəli tam orta məktəb

Minə Əhmədova – Gəncə Dövlət Universiteti, Filologiya (Azərbaycan dili və ədəbiyyat müəllimliyi);

Fərid Alızadə – Bakı Biznes Universiteti, (Sosial iş);

Məxmər Alıyarova – Azərbaycan Kooperasiya Universiteti, (Regionşünaslıq);

Mədinə Zeynalova – Qarabağ Universiteti, (İqtisadiyyat);

Nurəddin Allahverdiyev - Türkiyə, İzmir şəhəri Ege Universiteti (Ziraat fakültəsi Zooteknik):

Laçın rayon Ədalət Məmmədov adına Zabux kənd tam orta məktəb

Tuncay Əliyev – Bakı Avrasiya Universiteti, (Marketinq):

Laçın rayon Sus kənd tam orta məktəbi

Ayşən Atakişiyeva – Azərbaycan Dövlət Pedaqoji Universiteti, Xarici dil müəllimliyi (ingilis dili üzrə);

Pəri Muradlı – Azərbaycan Dillər Universiteti, Xarici dil müəllimliyi (alman dili üzrə);

Nihat Muradzadə – Bakı Slavyan Universiteti, Tərcümə (Azərbaycan-alman dilləri üzrə).

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Avqust 2025 14:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see333

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see314

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see305

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see302

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see293

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see284

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see264

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see260

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see253

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see250

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see247

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see244

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see238

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see237

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see230

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see217

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see211

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see202

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see202

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri