Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

Laçında betonqarışdıran qurğuda ölən ali təhsilli fəhlənin başına gələnlər...

Laçında betonqarışdıran qurğuda ölən ali təhsilli fəhlənin başına gələnlər...

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Laçında fəaliyyət göstərən zavodda fəhlənin betonqarışdıran qurğunun içində faciəli şəkildə ölməsi ilə bağlı araşdırmalar yekunlaşıb. Hadisə Laçının Pircahan kəndində “Falcom” şirkətinə məxsus müəssisədə baş verib. Bu müəssisə işğaldan azad edilmiş ərazilərdə tunellərin və körpülərin tikintisi və bu tikintilərə tələb olunan betonun təmin edilməsi üçün beton istehsalı ilə məşğul olur.

Bizimyol.info xəbər verir ki, hadisə nəticəsində dünyasını dəyişmiş Laçın rayonunun Qarakeçdi kənd sakini Elgün Əhmədov ali təhsilli olub, jurnalistika fakültəsini bitirib. Orada bir neçə gün imiş ki, fəhlə işləyirmiş.

Bədbəxt hadisə 2024-cü il avqustun 15-də səhər saat 10 radələrində baş verib.

Bu hadisəyə görə “Falcom” MMC-də operator işləyən Kərim Kərimov cinayət məsuliyyətinə cəlb olunub. İttihama əsasən, o, beton qarışdırıcı qurğunun içində kiminsə olub-olmadığını yoxlamadan, orada təmizlik işləri aparan fəhlələrin işlərini bitirib-bitirmədiyinə əmin olmadan kompüter vasitəsilə əmr verərək, qurğunu işə salıb. Nəticədə qurğunun pərləri (şnekləri) hərəkətə gəlib və sürətli şəkildə fırlanaraq, həmin vaxt qurğunun içərisində təmizlik işləri görən Elgün Əhmədovun ölümünə səbəb olub.

Neftçala sakini olan 1989-cu il təvəllüdlü Kərim Kərimov özünü təqsirli bilir. O, ifadəsində deyib ki, əvvəllər ayrı-ayrı yerlərdə fəhlə işləyib, ailəsini dolandırıb. Hadisə günü səhər saat 6 radələrində Elgün Əhmədov və daha iki fəhlə ilə yeməkxanada birlikdə yemək yeyiblər. Saat 7-yə qalmış onlar zavoda gedib, orada müəyyən işlər görüblər: “Saat 8-9 radələrində mən beton verdim, bundan sonra otağa gəldim. Fəhlələrdən Elgün və Yaqubun beton qarışdıran qurğunu təmizləmək üçün getməsindən mənim xəbərim olmayıb. Onlara mən deməmişdim ki, beton qarışdıran qurgunu təmizləsinlər. Bu səbəbdən Elgün və Yaqubun beton qarışdıran qurgunun içində olduğunu bilməmişəm, buna fikir verməmişəm. Çay içdim, evlə danışdım, sonra otağa girdim. Qurğu təmizlənəndə orada xəbərdarlıq düyməsi basılır, qırmızı işıq yanır. Qırmızı işığın yanmasını görməmişəm. Ona görə də təmizləmə niyyəti ilə düyməni vurdum. Yaqubun qışqırıq səsini eşitdim, deyirdi ki, “saxla”. Dərhal düyməni söndürüb, “rubilniki” ayırdım. Qaçıb gedib hadisəni görəndə qışqırıb kömək istədim. Bundan sonra həkim gəldi, dedi ki, Elgün Əhmədovu müayinə edərək onun artıq dünyasını dəyişib”.

Elgün Əhmədovun qardaşı Elmir Əhmədov isə məhkəmədə dindirilərkən narazılıq edib. Zərərçəkmişin hüquqi varisi qismində ifadə verən Elmir Əhmədov bildirib ki, qardaşının ölümü ilə bağlı cinayət işi obyektiv və hərtərəfli araşdırılmayıb. Hadisənin qəsdən törədildiyini iddia edərək, işin yenidən araşdırılması üçün prokurorluğa qaytarılmasını istəyib.

Elmir Əhmədovun sözlərinə görə, qardaşı müvəqqəti fəhlə işləyirdi, ali təhsilli və bilikli olduğuna görə ona şirkətin Laçındakı başqa bir zavodunda operator vəzifəsinə keçirilməsi söz verilmişdi. Hesab edir ki, bunun qarşısını almaq istəyənlər olub: “Qardaşım təhlükəsizlik düyməsini basandan sonra qurğunun içinə girib. Deyirlər ki, yox, düymə basılmayıb”.

Beton qarışdırıcı aparatın ön sağ küncündə “bloklayıcı qəza siqnal” (stop) düyməsi var. Onu basıb aktiv edəndən sonra operatorun otağındakı kompüterin monitorunda bununla bağlı xəbərdaredici işıq yanır. Ekspertiza rəy verib ki, həmin düymə aktiv olduğu müddətdə qurğunu kompüterdən işə salmaq mümkün deyil. İstintaq zamanı zavodda eksperiment keçirib, bu məsələni əyani şəkildə də yoxlayıblar. Sonda istintaq belə nəticəyə gəlib ki, fəhlələr Elgün Əhmədov və Yaqub təmizlik işləri görərkən həmin düyməni aktiv vəziyyətə gətirməyiblər. Yoxsa operator Kərim Kərimov qurğunu işə sala bilməzdi.

Bu hadisə ilə əlaqədar əvvəl Cinayət Məcəlləsinin 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Bir müddət sonra isə Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan ölümə səbəb olduqda) maddəsinə tövsif olunub. Bir neçə gün əvvəl məhkəmənin hökmü ilə Kərim Kərimov bu maddə ilə təqsirli bilinərək, 4 il azadlıqdan məhrum edilib. Lakin bu cinayət ehtiyatsızlıqdan törədilmiş cinayətlər kateqoriyasına aid olduğuna görə o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

Aytən, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:49
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 04 Dekabr 2025 00:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see473

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see374

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see372

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see331

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see314

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see285

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see285

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see280

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see196

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see160

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see160

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see159

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see150

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see149

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see136

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see134

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see131

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see129

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

02 Dekabr 2025 08:42see126

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri