Icma.az
close
up
RU
Laçında Heydər Əliyevin anım günü keçirilib

Laçında Heydər Əliyevin anım günü keçirilib

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Dekabrın 12-də Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anım günü keçirilib.

"Cebheinfo.az" xəbər verir ki, tədbirdə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, Laçın şəhər, Zabux və Sus kənd tam orta məktəblərinin pedaqoji heyəti, Laçın rayon Mərkəzi Xəstəxanasının həkim heyəti, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, idarə, müəssisə və təşkilatlarının nümayəndələri iştirak ediblər.

Əvvəlcə ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, dövlət himni səsləndirilib.

Daha sonra Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov çıxış edərək bildirib ki, ulu öndər Heydər Əliyev təkcə Azərbaycanın tarixində deyil, bütövlükdə dünya siyasi səhnəsində dərin iz buraxmış bir liderdir.

Prezidentin xüsusi nümayəndəsi vurğulayıb ki, ulu öndərin irsi, ideyaları və qurduğu güclü dövlət bizim üçün əbədi yol göstəricidir: “Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Heydər Əliyev siyasi kursunun layiqli davamçısı kimi, bu dəyərləri daha da irəli aparmış, xalqımızı vahid məqsəd ətrafında birləşdirdi. Onun rəhbərliyi altında Azərbaycan Qarabağın işğaldan azad edilməsi kimi tarixi bir zəfəri gerçəkləşdirdi. Bu qələbə təkcə bizim torpaqlarımızı bərpa etmədi, eyni zamanda Heydər Əliyevin qoyduğu milli birliyə dayanan siyasətin həqiqi gücünü bir daha göstərdi. Bu gün bizlərə düşən vəzifə, Heydər Əliyevin ideyalarına sadiq qalaraq, onun qurduğu müstəqil Azərbaycanı daha da gücləndirməkdir. Bir daha Heydər Əliyevi sevgi və ehtiramla anırıq. Allah rəhmət eləsin!”

Qocaman müəllim Kifayət Sadıqova isə çıxışında qeyd edib ki, Heydər Əliyev təkcə müstəqil Azərbaycanın qurucusu deyil, eyni zamanda xalqımızın milli-mənəvi dəyərlərini qoruyan və gələcəyə daşıyan böyük lider idi:

“Onun rəhbərliyi ilə ölkəmiz siyasi, iqtisadi və mədəni sahələrdə misilsiz uğurlara imza atdı. Bir müəllim olaraq, Heydər Əliyevin təhsilə verdiyi əhəmiyyəti xüsusi vurğulamaq istərdim. Onun təşəbbüsü ilə ölkəmizdə təhsil infrastrukturu gücləndirildi, elm və mədəniyyət sahələri yeni yüksəliş mərhələsinə daxil oldu”.

Rayon ziyalısı Qəzənfər Hüseynov isə çıxışında qeyd edib ki, ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan xalqının iftixarıdır: “Heydər Əliyevin xidmətləri hər bir sahədə öz əksini tapıb. Rayon ziyalısı kimi bunu qürurla deyə bilərəm ki, onun yaratdığı imkanlar bizlərə yeni üfüqlər açdı, millətimizə yeni yol göstərdi”.

Rəsmi hissədən sonra şagirdlər dahi şəxsiyyət Heydər Əliyevə həsr olunmuş şerlər səsləndiriblər.

Daha sonra “Heydər Əliyev. Zamanın fövqündə” sənədli filmi nümayiş olundu.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:244
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 12 Dekabr 2024 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see356

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see348

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see344

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see316

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see315

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see250

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see247

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see234

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see229

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see227

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see223

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see218

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see214

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see205

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see203

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see202

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see197

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see192

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see178

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri