Laçında İqtisadi Əməkdaşlıq Təşkilatının Qadınlar Forumu keçirilir
Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.
Laçında İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Qadınlar Forumu keçirilir.
BAKU.WS report-a istinadən xəbər verir ki, tədbir Prezident İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə "İƏT Həftəsi" çərçivəsində baş tutur.
Forumun əsas məqsədi qadınların insan inkişafının bütün sahələrində imkanlarının artırılması üçün İƏT ölkələri arasında sektorlararası əməkdaşlığı təşviq etmək, eləcə də İƏT regionu boyunca dayanıqlı, inklüziv və davamlı cəmiyyətlərin formalaşmasında qadınların rolunu vurğulamaq və gücləndirməkdir.
Tədbirdə iqlim davamlılığı üçün insan inkişafında qadınların rolu, təhsil vasitəsilə qızlar və qadınlar üçün imkanların artırılması, rəqəmsal inklüzivlik: innovasiyalar və təcrübə mübadiləsi və digər mövzular müzakirə olunacaq.
Forum İƏT regionunun müxtəlif ölkələrindən və aidiyyəti beynəlxalq tərəfdaş qurumlardan olan qadın rəhbərlər arasında dialoq, əməkdaşlıq və təcrübə mübadiləsi üçün pltaforma rolunu oynayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 02 İyul 2025 08:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















