Laçında polis postunun yanında xuliqanlıq: həbslər var KONKRET
Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Laçında xırda xuliqanlıq edən iki nəfər həbs edilib.
KONKRET.az bildirir ki, Teleqraf-ın əldə etdiyi xəbərə görə, Şəmkir rayon sakinləri – 1974-cü il təvəllüdlü Aydın Babayev və 1982-ci il təvəllüdlü Vüsal Vəliyev (ad-soyad şərti verilib – red.) bu ilin noyabrın 17-də Laçın rayonunun Qorçu kəndi ərazisində yerləşən polis postunda ictimai yerdə nalayiq ifadələr işlədiblər, ictimai qaydanı pozub və polisin qanuni tələblərinə qəsdən tabe olmayıblar.
Hər iki şəxsin barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polisə tabe olmama) maddələri ilə ittiham elan edilib.
İş üzrə izahat verən A. Babayev bildirib ki, noyabrın 17-də, saat 20:00 radələrində Laçın şəhərinin giriş postunda yoxlama üçün saxlanılıb: “Lakin mən və Aydın sərxoş halda olduğumuz üçün polis əməkdaşları ilə söz mübahisəsi etdik. Bununla bağlı polis əməkdaşları bizə öz iradlarını bildirsələr də, bundan sonra da anlaşılmazlıq yarandı. Biz də əsəbi və sərxoş olduğumuz üçün aqressiv davrandıq”.
Laçın Rayon Məhkəməsinin qərarı ilə hər iki şübhəli şəxs 8 gün müddətinə inzibati qaydada həbs olunublar.
Qeyd edək ki, A. Babayev Laçında olan şirkətlərdən birində gözətçi, V. Vəliyev isə birqada başçısı işləyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:38
Bu xəbər 20 Noyabr 2025 11:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















