Icma.az
close
up
RU
Menu

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

“Eyni tempdə davam edirik” Rui Jorje

İraola: “Belə bir şey baş verməməlidir”

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

Laçından beynəlxalq aləmə qardaşlıq və həmrəylik mesajı

Laçından beynəlxalq aləmə qardaşlıq və həmrəylik mesajı

Adelet.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Prezident İlham Əliyev: “30 il ərzində işğal altında qalan Laçın şəhərində bizim birgə olmağımız böyük rəmzi məna daşıyır”
Azərbaycan, Türkiyə və Pakistan arasında olan dostluq və qardaşlıq münasibətləri tarixi, mədəni və dini bağlarla möhkəmlənmiş, son illərdə isə bu münasibətlər strateji müttəfiqlik səviyyəsinə yüksəlmişdir. Üç ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi, hərbi və humanitar sahələrdə ildən-ilə güclənir. Mayın 28-də Laçında keçirilən konsertdə Azərbaycan, Türkiyə və Pakistanın qardaşlığı bir daha nümayiş etdirildi. Laçında üç Qardaşın- Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan Prezidenti Asif Əli Zərdarinin görüşü: qələbənin, həmrəyliyin və yeni dövrün simvoludir. Bu tədbir, üç ölkənin dostluq və əməkdaşlığının simvolu olaraq, Laçının işğaldan azad edilməsindən sonra təşkil edilən ilk Müstəqillik Günü tədbiri idi.
Konsertdə Azərbaycan, Türkiyə və Pakistanın bayraqları səhnədə bir araya gətirilərək, üç qardaş ölkənin birliyini və həmrəyliyini simvolizə etdi. Azərbaycanın tanınmış müğənniləri və orkestri tərəfindən ifa olunan mahnılarla zənginləşdirilən proqramda, üç ölkənin musiqi və mədəniyyətləri bir araya gətirildi. Tədbir iştirakçıları, bu birgə tədbirin bölgədəki sülh və sabitlik üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğuladılar.
Bu cür tədbirlər, Azərbaycan, Türkiyə və Pakistan arasında olan qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə və xalqlar arasında dostluq bağlarının güclənməsinə xidmət edir. Prezident İlham Əliyev 28 may 2025-ci ildə Laçında çıxışında bildirib ki, Azərbaycan, Türkiyə və Pakistan – üç qardaş ölkə əməkdaşlığı ildən-ilə, gündən-günə gücləndirirlər: “Biz yaxşı günlərdə də, ağır günlərdə də hər zaman bir-birimizin yanındayıq, həmrəylik, dəstək göstəririk. Bu gün ikinci üçtərəfli Zirvə görüşündə bir daha bizim strateji əməkdaşlığımız təsdiqləndi. İşğaldan azad edilmiş Laçında, Şərqi Zəngəzurda iki qardaş ölkənin liderlərinin iştirakı ilə keçirilən bugünkü mərasim Azərbaycan-Türkiyə-Pakistan birliyinin, qardaşlığının növbəti təzahürüdür”. Üç ölkə bir-birinin ərazi bütövlüyünü və suverenliyini daim dəstəkləyir. Birgə bəyannamələr və yüksək səviyyəli görüşlər mütəmadi keçirilir (məsələn, Bakı Bəyannaməsi 2021-ci ildə imzalanmışdır). Qlobal və regional məsələlərdə koordinasiyalı mövqelər nümayiş etdirirlər. “Üç Qardaş” adlı birgə hərbi təlimlər keçirilir (ilk dəfə 2021-ci ildə Bakıda). Müdafiə sənayesi sahəsində təcrübə mübadiləsi və birgə layihələr həyata keçirilir. Ticarət dövriyyəsinin artırılması və nəqliyyat-logistika imkanlarının inkişafı üçün layihələr reallaşdırılır (Zəngəzur dəhlizi, Bakı-Tbilisi-Qars dəmiryolu və s.). Üçtərəfli iqtisadi forumların keçirilməsi təşviq edilir. Təhsil, elm, mədəniyyət sahələrində birgə proqramlar və tədbirlər həyata keçirilir. Xalqlar arasında qarşılıqlı anlaşma və həmrəylik gücləndirilir. Bu əməkdaşlıq modeli bölgədə sabitlik, təhlükəsizlik və rifahın inkişafına da mühüm töhfələr verir. Üç qardaş ölkə bir çox beynəlxalq platformalarda da bir-birinə güclü dəstək verir.
Laçın şəhəri Azərbaycanın 2020-ci ildəki Vətən müharibəsində əldə etdiyi qələbə nəticəsində azad olunmuşdur. Üç ölkənin liderlərinin burada bir araya gəlməsi Azərbaycanın ərazi bütövlüyünə verilən beynəlxalq dəstəyin bariz nümunəsidir. Cənab Prezident çıxşında deyib ki, 30 il ərzində işğal altında qalan Laçın şəhərində bizim birgə olmağımız böyük rəmzi məna daşıyır: “Çünki 44 günlük İkinci Qarabağ müharibəsi zamanı bizi Türkiyə və Pakistan dəstəkləmişdir. Türkiyənin və Pakistanın dəstəyi bizi ruhlandırırdı, bizə əlavə güc verirdi. Bu böyük siyasi və mənəvi dəstəyə görə biz hər zaman qardaş ölkələrin rəhbərlərinə, qardaş xalqlara minnətdarıq.
Bu gün bizim üçtərəfli əməkdaşlığımızın yeni səhifəsi açılır. Əminəm ki, bu gün müzakirə etdiyimiz məsələlər, əldə edilmiş razılaşmalar bizi bir-birimizə daha da yaxın edəcək”. Bu konsert, eyni zamanda qardaşlıq və həmrəylik mesajı xarkteri daşıyır. Türkiyə və Pakistan daim Azərbaycanın yanında olmuş, xüsusilə də müharibə dövründə və sonrakı bərpa prosesində güclü siyasi və mənəvi dəstək göstərmişlər. Laçında birgə iştirak həm də “bir millət – üç dövlət” konsepsiyasının canlı təcəssümüdür. Bu birlik bölgədə sabitliyin, əməkdaşlığın və yeni geosiyasi nizamın qurulmasında mühüm rol oynayır. Ermənistan və digər regional aktorlar üçün bu mesaj aydın olur: Azərbaycanın yanında təkcə özü deyil, eyni zamanda güclü müttəfiqlər də var. Laçının yenidən qurulması və konsert, tədbir kimi mədəni aksiyalarla canlandırılması, həm də işğaldan sonra həyatın necə qayıtdığını göstərir. Bu da müharibədən sülhə keçid prosesinin vacib mərhələsidir.
Bu üç ölkənin qardaşlığı sadəcə sözlə deyil, tarixi, strateji və mənəvi bağlarla möhkəmlənmiş bir birlikdir. Bu birlik: sülh və sabitlik gətirir, ədalət və haqqa dayanan siyasətə əsaslanır, ortaq dəyərləri, mədəniyyəti və gələcək vizyonu paylaşır. Prezident İlham Əliyev çıxışının sonunda “Yaşasın Azərbaycan-Türkiyə-Pakistan birliyi və qardaşlığı!” şüarını bildirmişdir: “Mən bir daha Türkiyə Prezidenti, əziz qardaşım Rəcəb Tayyib Ərdoğana, Pakistanın Baş naziri, əziz qardaşım Məhəmməd Şahbaz Şərifə və onlarla bərabər gəlmiş bütün qonaqlara “Xoş gəlmisiniz!” deyirəm. Laçınlıları ürəkdən salamlayıram. Allah səmamızı, yolumuzu həmişə açıq eləsin. Qələbə bizimlədir və bizimlə olacaq”. Müasir dövrün çağırışlarına qarşı bu cür həmrəylik nümunələri xalqlarımıza güc verir, bölgəmizə isə ümid və inkişaf vəd edir. Bir millət – üç dövlət! Qardaşlıq əbədi, birlik sarsılmazdır!
Dünya siyasətində hər zaman öz maraqları naminə hərəkət edən dövlətlər arasında dostluq münasibətləri nadir hallarda möhkəm olur. Lakin Azərbaycan, Türkiyə və Pakistan bu mənada bir istisnadır. Bu üç ölkənin münasibətləri təkcə siyasi maraqlara deyil, ortaq tarixə, mədəniyyətə, dini və mənəvi bağlara, ən əsası isə xalqlar arasında dərin qardaşlığa söykənir. Bugünkü geosiyasi şərtlər fonunda bu birliyin daha da güclənməsi regionda sabitlik, əməkdaşlıq və inkişaf üçün mühüm zəmin yaradır.

Zenfira Nurullayeva

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin xor ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:241
embedMənbə:https://adalet.az
archiveBu xəbər 31 May 2025 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see342

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see313

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see276

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see264

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see260

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see250

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see248

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see246

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see243

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see239

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see235

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see234

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see228

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see223

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see219

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see219

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see219

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see209

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see202

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri