Icma.az
close
up
RU
Laçının bu ərazisində yaşamaq istəyənlərə ŞAD XƏBƏR VİDEO

Laçının bu ərazisində yaşamaq istəyənlərə ŞAD XƏBƏR VİDEO

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Laçın rayonunun Qorçu qəsəbəsində ilkin olaraq söküntü işlərinə start verilib. 

Bakıvaxtı.az xəbər verir ki, bunu Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Rafiq Salmanov deyib. 

O bildirib ki, ümumilikdə 319 yararsız tikilinin söküntüsü həyata keçirilir: “Söküntü işlərinin iki ay ərzində tamamlanması planlaşdırılır. “EL SEYM” şirkəti tərəfindən aparılan söküntünün ərazisi 300 hektardır.

Söküntü prosesi başa çatdıqdan sonra 2026-cı ildə Qorçu qəsəbəsində birinci mərhələyə aid tikinti işlərinin başlanması nəzərdə tutulub. Bu mərhələdə 250 fərdi yaşayış evinin inşası üçün layihə-smeta sənədləri artıq hazırlanıb. Bundan əlavə, Qorçu qəsəbəsində 264 yerlik məktəb, 140 yerlik bağça, tibb məntəqəsi, klub-icma mərkəzi, idman-sağlamlıq mərkəzi və inzibati binanın tikinti işləri başlayacaq, yollar salınacaq. 

“Böyük Qayıdış”a dair II Dövlət Proqramı çərçivəsində Qorçu qəsəbəsinin inşasının növbəti mərhələsi üzrə tikinti işlərinin 2027–2030-cu illərdə həyata keçirilməsi planlaşdırılır. Bu mərhələdə isə 250-300 fərdi yaşayış evinin və üç-dörd mərtəbəli çoxmənzilli yaşayış binasının tikintisi planlaşdırılır. Ümumilikdə gələcəkdə Qorçu qəsəbəsində min ailənin daimi məskunlaşdırılması nəzərdə tutulub.

Məlum olduğu kimi, Qorçu qəsəbəsi istifadəyə verilmiş Laçın Beynəlxalq Hava Limanının yaxınlığında yerləşir. Bu da gələcəkdə qəsəbədə məskunlaşan əhalinin iş təminatı üçün mühüm rol oynayacaq”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 11 Noyabr 2025 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xoşbəxtlik okeanı Məryəm Bağırova yazır

10 Noyabr 2025 14:10see565

Zaman beyində işləyir…

09 Noyabr 2025 23:32see172

Bayraq artıq əbədi Zəfərin rəmzidir!

09 Noyabr 2025 18:16see160

Zəfər turu nun qalibi bəlli oldu

09 Noyabr 2025 21:00see136

3I/ATLAS “Kosmik gəmisi” Günəşə yaxınlaşarkən qəribə reaktivlər yayıb...

09 Noyabr 2025 21:06see136

1 tonluq sirr: Bir balqabaq necə 1000 kiloqrama qədər böyüyür?

10 Noyabr 2025 05:31see135

Rusiyada bu avtomobillərin qiyməti qalxacaq...

09 Noyabr 2025 23:47see134

Bu, səhv qərar idi Slot Van Deykin qolunun ləğvi barədə

10 Noyabr 2025 00:22see132

Tramp Putin görüşü yalnız bu halda keçiriləcək Siyarto

09 Noyabr 2025 21:10see132

Gün ərzində tərəvəz yeyin, axşama təsirini görəcəksiniz

09 Noyabr 2025 21:00see129

MLS klubu Neymarı baş ağrısı kimi qiymətləndirdi transferdən imtina etməsinin səbəbi

11 Noyabr 2025 00:14see129

Maşını Röya alacaq Video

09 Noyabr 2025 21:10see128

La Liqa: Real xal itirdi, Barselona səhv etmədi

10 Noyabr 2025 02:28see127

“Səbəbləri bilirəm, amma danışmaq həll yolu deyil”

09 Noyabr 2025 18:20see127

Zelenski ilə müsahibə zamanı işıqlar söndü Video

10 Noyabr 2025 01:28see126

Beş ildə Zəfərlə bağlı hansı kitablar yazılıb? AYB dən CAVAB

10 Noyabr 2025 10:10see125

Zaqatala sakinin meyiti idarə etdiyi avtomobildə aşkarlanıb

10 Noyabr 2025 23:06see125

Əsl zeytun yağını saxtasından ayırd etmək üçün DÖRD ÜSUL

10 Noyabr 2025 14:49see125

Paris: Zəfər Günü Qürur, Yaddaş və Qələbə Ritmləri

11 Noyabr 2025 04:40see123

“Öz özümə düşünürdüm: bu nə vaxt bitəcək?” Azərbaycan millisinin sabiq futbolçusunun ə MÜSAHİBƏSİ + FOTO

10 Noyabr 2025 12:07see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri