Laçının Çorman kəndində şəhidlərin xatirəsinə inşa edilən bulağın açılışı olub
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Laçın, 13 avqust, Aydın Yavərzadə, AZƏRTAC
Laçın rayonunun Çorman kəndində şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə yerli sakinlərin təşəbbüsü ilə tikilən bulağın açılışı olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları, şəhidlərin ailə üzvləri, yaxınları və Çorman kəndinin sakinləri iştirak ediblər.
Tədbirdə əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Çıxış edənlər bildiriblər ki, Vətən uğrunda canlarını fəda edən şəhidlərin xatirəsi əbədi olaraq qəlblərdə yaşayacaq. Bu qəhrəmanlar gələcək nəsillərə örnək olublar və onların davamçıları vətənpərvər ruhda böyüyürlər.
Tədbirdə, həmçinin Ulu Öndər Heydər Əliyev tərəfindən ordu quruculuğu sahəsində görülən işlərdən, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu istiqamətdə tədbirləri uğurla davam etdirməsindən bəhs olunub. Vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edib, ölkəmizin suverenliyi və ərazi bütövlüyü bərpa olunub.
Eyni zamanda, diqqətə çatdırılıb ki, işğaldan azad olunmuş ərazilərdə həyat yenidən canlanıb, “Böyük Qayıdış” proqramı çərçivəsində həmin yerlərdə tikinti-quruculuq işləri aparılır, sakinlər öz doğma yurdlarına qayıdırlar,
Daha sonra bulağın açılışı olub, şəhidlərin ruhuna dualar oxunub.
Baxış sayı:93
Bu xəbər 14 Avqust 2025 14:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















