Icma.az
close
up
RU
Laçının özü kimi...

Laçının özü kimi...

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ələmdar CABBARLI
Bakı Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru

Hər şey ondan başladı ki, hərbi xidmətdən qayıdandan sonra ixtisasıma uyğun iş axtarmağa başladım. Döymədiyim qapı, boylanmadığım pəncərə qalmadı. Və bu qapıların, pəncərələrin o biri üzündə xeyli daş ürəklər, soyuq baxışlar gördüm. Arzularımın  üşüdüyü, ümidlərimin donduğu soyuq günlərin birində görkəmli tənqidçi, ədəbiyyatşünas alim kimi yalnız mətbuatdan, televiziyadan tanıdığım, sonralar isə hər gün adını dəfələrlə və minnətdarlıqla çəkdiyim professor Şirindil Alışanlının qapısını döydüm.

Utana-utana, sıxıla-sıxıla, amma ümidlə! Mən Universiteti nəşriyyat redaktoru ixtisası üzrə bitirmişdim, Şirindil müəllim isə "Elm" nəşriyyatının direktoru idi...

Şirindil Alışanlı məni "Elm" nəşriyyatına işə götürmədi. Amma mən həmin günü həyatımı dəyişən gün sayıram. "Səni nəşriyyata işçi yox, özumə aspirant götürəcəyəm, müdafiə edəcəksən" - dedi Şirindil müəllim. Açığı, bu, mənim üçün inanılmaz idi. Bu, mənim qarşımda açılan yeni bir üfüq idi. Həmin gün ən əsası mənə ona görə doğmadır ki, Şirindil Alışanlı kimi bir insanı, parlaq şəxsiyyəti tanıdım, onunla bərabər bir yola çıxdım. Şirindil müəllim mənim üçün yalnız elmi rəhbər olmadı, bir insanın övladına, qardaşına, əzizinə etdiyindən artıq qayğı göstərdi, amma tələbkarlığından da qalmadı.

Unudulmaz, yeri hər zaman görünən Şirindil müəllim bu gün mənim üçün bir meyardır. Dostluğun, mərdliyin, əyilməzliyin, kişiliyin, sədaqətin meyarı! Şirindil Alışanlı olmaq - ədalətli olmaq deməkdir, cəsarətli olmaq deməkdir, haqsevər, dürüst, vicdanlı olmaq deməkdir. Bir sözlə, ŞİRİNDİL ALIŞANLI olmaq -İNSAN olmaq deməkdir!

2022-ci ilin payızında dostlarla Şirindil müəllimin 70 illik yubileyini qeyd elədik. Təntənəli və dəfələrlə. Həm də sevinclə. Ona görə təntənəli və sevinclə ki, bu yubiley ustadımın ən gözəl yubileyi idi. Doğulduğu Laçın azad idi. Vətən müharibəmiz tarixi Zəfərlə bitmişdi.

60 illik, 65 illik yubileylərində gözlərində ağır bir nisgil var idi ustadımın. İndi gözləri fərəhdən parlayırdı. İndi bu əzəmətli, dağ vüqarlı kişi daha əzəmətli görünürdü - azad Laçının özü kimi! Bu yubileyi Şirindil müəllim üçün laçınlı ömrün yeni doğuluşu adlandırdıq. Ona uzun, sağlam ömür arzuladıq...

Deyir, sən saydığını say...

Professor Şirindil Alışanlını 70 illik yubileyindən az sonra itirdik. Sinəmizə dağ çəkdi Şirindil müəllim. Həmin gündən o qədər sarsılmışam ki, bu gün də bu ağrının, itkinin təsirindəyəm. Yəqin ki, bu ağrı bütün ömrüm boyu mənimlə olacaq.

Ötən yay doğma Laçınımıza getdim. Azad Laçınımıza. Əhmədli kəndini də ziyarət elədim. Unudulmaz Hüseyn müəllimin, ustadım Şirindil müəllimin gəzdiyi yerləri gəzdim, su içdikləri bulaqlardan su içdim. Doğma yurdunda bir daha rəhmətlə, həm də bitməyəcək bir həsrətlə xatırladım bu gözəl, əvəzsiz, unudulmaz insanları.

Əziz Şirindil müəllim, mənə elə gəlir ki, mənim Sizə olan bağlılığım yalnız elmi rəhbər - aspirant münasibətləri deyil, daha uca bir məqamdır. Mən o məqamı ifadə etməyə söz tapmırdım. Dostumuz Aslan Salmansoy bu barədə danışanda: "Sizin münasibətləriniz elmi rəhbər-aspirant münasibətləri deyil, mürid-mürşid münasibətləridir" - dedi. Açığı, bu mənim çox xoşuma gəldi, ürəyimcə oldu. Sizə də demişdim bunu. Siz də çox bəyəndiniz bu məqamı. Məqamınız, məkanınız cənnət olsun, əziz müəllimim. Ruhunuz qarşısında baş əyir, sonsuz ehtiramımı bildirirəm.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://525.az
archiveBu xəbər 14 Mart 2025 19:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see760

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see497

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see293

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see280

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see268

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see264

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see262

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see257

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see244

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see230

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see222

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see218

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see218

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see217

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see212

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see212

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see211

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see203

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see194

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri