Lahıca turist axını artır: 9 ayda 120 mindən çox ziyarətçi gəlib
Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.
Bu ilin ilk 9 ayı ərzində Lahıc Dövlət Tarix-Mədəniyyət Qoruğu 120 mindən çox turist qəbul edib.
BAKU.WS-in məlumatına görə, bunu Lahıc Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Nəzər Əliyev jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, ziyarətçilər arasında xarici turistlərin sayı 26 mindən çox olub.
Qoruqda ziyarətçilərin gündəlik statistikası aparılır və məlumatlar hər gün Dövlət Turizm Agentliyinə təqdim edilir. Direktor bildirib ki, xarici turistlərin Lahıca marağı əsasən yaz və payız aylarında artır.
Xaricdən gələn qonaqlar arasında Avstraliya və İsrail vətəndaşları üstünlük təşkil edir. Onun sözlərinə görə, bu ölkələrdən hər gün 2-3 turist qrupu Lahıca səfər edir.
N. Əliyev qeyd edib ki, qoruğu ziyarət edənlərin əhəmiyyətli hissəsini yaşlı insanlar təşkil edir. Lahıcın ümumi ərazisinin 80 hektarı qoruq statusundadır və bu hissə tarixən formalaşmış yaşayış məkanını əhatə edir. Burada 100-ə yaxın tarix-mədəniyyət abidəsi dövlət qeydiyyatına alınıb və qorunur.
Qoruq rəhbərinin sözlərinə görə, Lahıca gələn turistlər yalnız tarixi abidələrlə deyil, həm də yerli əhalinin həyat tərzi, məişəti və ənənəvi məşğuliyyətləri ilə yaxından maraqlanırlar. "Turistlər yerli sakinlərin necə yaşadığını görmək, qədim evlərlə tanış olmaq istəyirlər. Hazırda Lahıcda tarixi mühitlə müasir imkanların vəhdəti yaradılıb. Qoruq ərazisində həm mehmanxanalar, həm də ev turizmi üçün şərait mövcuddur", - deyə direktor bildirib.
O əlavə edib ki, turistlərin Lahıca marağında yerli mətbəxin də xüsusi payı var. Qonaqlar milli yeməklərin, xüsusilə yarpaq dolmasının dadına baxmağa böyük maraq göstərirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 08 Oktyabr 2026 11:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















