Icma.az
close
up
RU
Lalə Şövkət uzun fasilədən sonra danışdı: Düşünmürdüm ki...

Lalə Şövkət uzun fasilədən sonra danışdı: Düşünmürdüm ki...

Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ləğv edilmiş Azərbaycan Liberal Partiyasının (ALP) sabiq lideri, keçmiş dövlət katibi Lalə Şövkət səhhəti və siyasi proseslərlə bağlı Teleqraf-ın suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik:


- Lalə xanım, səhhətiniz necədir? Müalicələriniz necə gedir?

- Çox sağ olun ki, məndən nigaran qalmısınız. Deyirlər guya ölürəm, yıxılmışam, danışa bilmirəm və s. Narahat olanlar arxayın olsunlar ki, indi yaxşıyam. Sadəcə olaraq ürəyim xəstədir və narahatlığım bununla bağlıdır. Mənim yaşımda bu narahatlıqlar normaldır. Bu da olmasa nə olar ki?! Allaha da bir bəhanə lazımdır. Biz də ona bir bahanə verməliyik. Belə də olmaz axı (gülür).

- Səhhətiniz imkan versə, Qarabağa gedəcəyinizi demişdiniz, bu arzunuzu reallaşdıra bildinizmi?

- Səhhətim bu uzun yolu getməyə imkan vermir. İnfarkt keçirmişəm, o yolu getmək mənə çətin olar. Heç həkimlər də buna razı deyil.

- Siyasi prosesləri izləyə bilirsinizmi?

- Bəli, izləyirəm. Hazırda dünyada o qədər qaranlıq, bulaşıq siyasət aparılır ki, belə siyasətdən danışmağı heç özümə rəva bilmirəm. Demək olar ki, bu gün siyasət yoxdur. İndi ancaq kim-kimə üstün oldu amili var. Ancaq güclünün rolu var və ayrı bir şey görmürəm. Dünya qarışıb. Kim-kimi istəyir, vurur, dağıdır. Yəni, xoşagəlməz bir mənzərə yaranıb. Düşünmürdüm ki, siyasət bu günə düşə bilər.

- Azərbaycanla bağlı siyasətə münasibətiniz necədir?

- Şükür bizdə sakitlikdir. Torpaqlarımızı geri qaytardıq. Bu, çox böyük uğurdur. Bunu başa düşmək lazımdır. Daxildəki məsələlər də yavaş-yavaş həllini tapacaq. Bundan sonra hər şey yaxşı olacaq. Artıq bunun da vaxtı çatıb. İnanıram ki, bunu da mütləq edəcəklər.

- Ermənistanla ilkin sülh mətni paraflanıb. Sülhün gələcəyinə dair fikirləriniz varmı?

- Bəli, inanıram. Düzdür, sülhə dair müəyyən fikirlər səslənir, kənar təhdidlərin olduğu deyilir. Amma bu gün Ermənistanın heç bir gücü yoxdur ki, Azərbaycanla baş-başa gəlsin. Ermənilər gecə yatıb yuxuda görürlər ki, bizimlə dostluq eləsinlər. Bu barədə çox rahatam. Çünki Ermənistanın bu günləri, həyatı, nəfəsi Azərbaycandan asılıdır. Azərbaycan istəsə ona nəfəs verər, istəməsə verməz. Burada ayrı söhbət ola bilməz.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 08 Sentyabr 2025 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see323

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see314

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see304

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see288

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see284

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see263

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see256

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see246

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see244

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see224

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see223

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see223

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see222

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see221

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see212

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see209

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see208

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see193

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see176

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri