Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

Lam böyük turnirləri Avropaya qaytarmağa çağırdı

Lam böyük turnirləri Avropaya qaytarmağa çağırdı

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

FİFA dekabrın əvvəlində dünya çempionatının təşkilatçılığını payladı. 2030-cu ildə turnir İspaniya, Portuqaliya və Mərakeşdə (yubileyin şərəfinə Argentina, Uruqvay və Paraqvay da hərəyə bir oyun alıb), 2034-cü ildə isə Səudiyyə Ərəbistanında keçiriləcək.

"Football-plus.az" xəbər verir ki, birinci seçim təşkilatçı ölkələrin sayına (tarixdə ilk dəfə 6) görə bir qədər qorxunc mənzərə yaratdısa, ikinci seçimə görə məmurlar etik məsələlərlə bağlı suallarla üzləşib.
Dünyanın nəhəng turnirlərini Yaxın Şərqdəki monarxiya rejimlərinə imici yumaq, xilasedici vasitə kimi verməklə bağlı mübahisələr çoxdan gedir. Xüsusən də Avropada. Vaxtilə Qətər ciddi tənqid olunurdu (ağzını ovcu ilə qapayan Almaniya yığmasının oyunçularını xatırlayırsızmı?), belə aqibət Səudiyyə Ərəbistanından da yan keçmədi. Belə seçimə görə FİFA çox ciddi şəkildə qınanır.
Qınayanlardan biri də Filipp Lamdı. “Bavariya”nın əfsanəsi indi də Avropa futbolunda və Avropada sonuncu adam deyil – kitablar yazır, BMT ilə əməkdaşlıq edir, bəzi nəhəng xeyriyyə fondlarına rəhbərlik edir. Almaniyada keçirilən AÇ-2024-ün təşkilat komitəsinə də rəhbərlik edirdi, böyük məsuliyyətin altına girmişdi. Odu ki, Lamın futbol məsələləri ilə bağlı fikirlərini dinləmək ən azı cəlbedicidi. Bəs o nə deyir?
“Blickpunkt Sport” telekanalına müsahibə verən Filippun fikirləri: “Sonuncu dünya çempionatları Rusiyada və Qətərdə keçirilib. Avropa buna görə əziyyət çəkdi”. Lamın fikrincə, Rusiyada keçirilən DÇ-2018 və Qətərdə keçirilən DÇ-2022 avropalılara ziyan vurub.
Söhbət hansı ziyandan gedir? “Bavariya”nın əfsanəsi bu məqamı konkretləşdirməsə də, hər şey aydındı. Lamın elə həmin müsahibədə yer alan digər fikirlərinə görə, FİFA son illərdə “düzgün olmayan” ölkələrin səsinə cavab verir, Avropa qitəsinin isə maraqları tapdalanır. Filipp hesab edir ki, məhz bu səbəbdən AÇ-2024 və Parisdə keçirilən Olimpiada xüsusi xarakter daşıyıb. Funksionerin fikrincə, Almaniya işin öhdəsindən əla gəlib:

“Ümumilikdə biz yenidən adamları birləşdirmək üçün turnir keçirdik. Və mən düşünürəm ki, bunu yaxşı, çox yaxşı bacardıq. Həmrəylik təkcə Almaniyada yox, bütün dünyada aparıcı ideya oldu”.


Və əlbəttə, Rusiya ilə Qətər pisdisə, onda Səudiyyə Ərəbistanı da pisdi. Lam dünya çempionatının təşkilatçılığının növbəti Yaxın Şərq monarxiyasına verilməsini tənqid edib: “Bəli, bu ölkə regionda ən yüksək əhali sıxlığına malikdi: 36 milyon adam. Onlar futbolla yaxından maraqlanır. Ancaq biz klub idmanında demokratiyaya öyrəşmişik, Səudiyyə Ərəbistanında isə bu yoxdu”.
Lamın konkret nəyi – ölkədə demokratiyanın yoxluğunu və ya DÇ-2034-ün təşkilatçısının seçimini – nəzərdə tutduğu bilinmir. Məhz elə bu iki məqam ilə bağlı Səudiyyə Ərəbistanına ünvanlanası suallar (xatırladaq ki, FİFA-nın səsverməsində bu ölkənin rəqibi yox idi) var. Filipp də bu sualları verir:

“Bizim bir başqasına səs vermək imkanımız yox idi: yalnız “hə” və ya “yox” deyə bilərdik. Bu isə mənim üçün o anlama gəlir ki, nəsə qaydasında deyil”.


Almaniyalı funksioner həmçinin Avropanı birləşməyə çağırıb ki, FİFA-nı nəzarət altında saxlamaq mümkün olsun:

“Avropa birlikdə olmalıdı. Biz böyük ölkələrik. Yaxşı ki Olimpiya Oyunları və Avropa çempionatı bizdə keçirilir. Əlbəttə, istənilən ölkə bunlara iddia edə bilər... Ancaq yerlərdə şərtlərə və siyasi vəziyyətə baxmaq lazımdı. Bu, hədsiz vacib amildi”.


Avropa futbolunda ictimai fikir qəribə şəkildə inkişaf edir. Lam çox nüfizlu adamdı və böyük turnirlərin Avropaya qayıtmalı olduğunu, onları “düzgün olmayan” ölkələrə verməməyin zəruriliyini deyirsə, nəsə bilir... Biz isə növbəti dəfə məşhur və artıq çoxdan ölən “idman siyasətdan kənardı” mifinin aradan qalxdığını görürük.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 09 Yanvar 2025 22:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri