Lamin Yamal Barselona ilə beşinci titulunu qazandı
Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İspaniyanın "Barselona" klubunun vingeri Lamin Yamal karyerasında mühüm göstəriciyə imza atıb.
İdman.Biz xəbər verir ki, 18 yaş 182 günlüyündə olan futbolçu İspaniya Superkubokunun finalında "Real" üzərində qazanılan 3:2 hesablı qələbə ilə "Barselona" ilə beşinci titulunu əldə edib.
Beləliklə, Lamin Yamal "Barselona" tarixində bu yaşda ən çox titul qazanan futbolçulardan biri olub. Müqayisə üçün qeyd edək ki, klubun sabiq hücumçusu Lionel Messi həmin yaşda katalon klubu ilə cəmi iki titul - 2004/05 mövsümündə La Liqa və 2005-ci ildə İspaniya Superkubokunu qazanmışdı.
Qeyd edək ki, "Barselona" bu qələbə ilə tarixində 16-cı dəfə İspaniya Superkubokunun qalibi olub. Keçən mövsümün finalında da katalon klubu "Real"ı 5:2 hesabı ilə məğlub etmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 12 Yanvar 2026 02:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















