Lamin Yamal “Barselona”nın yeni 10 nömrəsi olacaq Tarix məlum oldu
Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.
“Barselona”nın ispaniyalı vingeri Lamin Yamal gələn mövsümdən etibarən İspaniya klubunda 10 nömrə geyinəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.
Məlumata görə, 17 yaşlı ispaniyalının yeni nömrə aldığını 10 nömrənin hazırkı sahibi, Kataloniya akademiyasının məzunu cinah oyunçusu Ansu Fati komandadan ayrıldıqdan və “Monako”nun futbolçusu kimi təqdim edildikdən sonra rəsmən elan etmək mümkün olacaq.
Müqavilənin artıq bağlandığı və yalnız klubların rəsmi açıqlamasının qaldığı qeyd edilir.
Qeyd edək ki, 2008/2009 mövsümündən 2020/2021 mövsümünə kimi argentinalı hücumçu Lionel Messi “Barselona”da 10 nömrə altında çıxış edib. Onun gedişindən sonra bu nömrəni Fati daşıyıb.
Xatırladaq ki, hazırda Yamal 19 nömrə altında oynayır.
Ötən mövsüm o, klub səviyyəsində bütün yarışlarda 55 oyun keçirib, 18 qol vurub və 25 məhsuldar ötürmə edib.
Onun klubla müqaviləsi 2031-ci ilin yayına kimi nəzərdə tutulub.
“Transfermarkt” portalının məlumatına görə, futbolçunun transfer qiyməti 200 milyon avrodur.
Bu mövzuda digər xəbərlər:Barselona”nın yeni 10 nömrəsi
17 Yanvar 2025 08:09
Lamin Yamal Barselona nın əfsanəvi 10 luğ undan imtina edə bilər
13 İyul 2025 17:06
Barselona nın gənc ulduzu Lamin Yamal tarixi uğura imza atdı
03 Fevral 2025 12:42
Barselona da yeni Lamin Yamal yetişir?
16 May 2025 10:25
Barselona da Lamin Yamal şoku
03 Oktyabr 2025 18:41
Baxış sayı:140
Bu xəbər 27 İyun 2025 14:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















