Lamin Yamal: “Zədəmlə bağlı çox danışılırdı, amma hamısı yalandır”
Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Barselona”nın cinah oyunçusu Lamin Yamal zədəsi ilə bağlı söhbətlərdən narahat olduğunu etiraf edib.
İdman.Biz bildirir ki, “Barselona” Çempionlar Liqasının dördüncü turunda “Brügge” ilə 3-3 hesablı heç-heçə edib. Kataloniyalıların qollarından birini Yamal vurub.
“Biz “Barselona”yıq və həmişə qalib gəlməliyik. Amma mən artıq La Liqadakı növbəti oyun haqqında düşünürəm. Üç qol buraxanda qalib gəlmək çətindir. Bunun üzərində işləməliyik.
Qasıq zədəmlə bağlı çox danışıldı və bu, məni məyus etdi. Deyilənlər hamısı yalan idi.
Düşünürəm ki, əgər sizə fit çalırlarsa, bunun bir səbəbi var. Əgər mənə fit çalırlarsa, bu o deməkdir ki, meydanda işimi yaxşı yerinə yetirdiyimi bilirlər. Bu, məni narahat etmir”, Yamal deyib.
Baxış sayı:21
Bu xəbər 06 Noyabr 2025 09:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















