Lamin Yamaldan tarixi uğur
Icma.az bildirir, Metbuat portalına istinadən.
İspaniyanın “Barselona” komandasında çıxış edən 17 yaşlı hücumçu Lamin Yamal La Liqanın XXII turunda “Alaves”ə qarşı keçirilən matçda (1:0) unikal göstəriciyə imza atıb.
Metbuat.az xəbər verir ki, gənc futbolçu 21 cəhddən 11 dəfə uğurla rəqibləri keçərək bir oyunda ən çox uğurlu driblinq edən “Barselona” oyunçusu olub. Beləliklə, o, 2007-ci ildə 20 yaşında “Mayorka” ilə oyunda (1:0) 20 driblinq cəhdinin 10-nu uğurla tamamlayan Lionel Messinin rekordunu yeniləyib.
Qeyd edək ki, Lamin Yamal bu mövsüm “Barselona” forması ilə iştirak etdiyi 29 matçda 10 qol vurub, 15 məhsuldar ötürmə verib.

Yamaldan yeni uğur
10 Aprel 2025 12:51
Yamaldan daha bir tarixi uğur
10 Aprel 2025 12:25
Yamaldan diqqətçəkən atdım
19 Dekabr 2024 23:13
Yamaldan yeni rekord
12 Mart 2025 22:29
Messi Lamin Yamaldan danışdı: İnanıram ki... Xəbər saytı Son xəbərlər və Hadisələr
13 Dekabr 2024 12:58

