Icma.az
close
up
RU
Lamiyə Vəliyeva ərindən danışdı: Nazirlik bizə dəstək olmalıdır

Lamiyə Vəliyeva ərindən danışdı: Nazirlik bizə dəstək olmalıdır

Icma.az, Olke.az saytına istinadən bildirir.

Dördqat dünya və ikiqat Paralimpiya çempionu paraatlet Lamiyə Vəliyeva həyat yoldaşı Tembo Con Monarenq haqqında açıqlama verib.

Ölkə.az xəbər verir ki, o, Futbolinfo.az saytına müsahibəsində bu barədə danışıb:

"Həyat yoldaşım Tembo Con Monarenq Cənubi Afrikadandır. Haradasa 5-6 ay olar buraya gəlib. O, həqiqətən də potensialı olan atletdir. Mən istərdim ki, o, Azərbaycanı təmsil etsin. Bunun üçün də Gənclər və İdman Nazirliyi bizə dəstək olmalıdır. Hazırda bu istiqamətdə bir az problemlər var. Bu problem həll olunsa, o, Azərbaycana çox medallar gətirə bilər. Bu istedadla Avropa və dünya çempionatlarında, həmçinin Olimpiadalarda iştirak edə bilər.

Mən yenə də mübarizə aparacağam. Ən yaxşı nəticəsi 100 metri 10.17 saniyəyə qaçıb. Özü də bu nəticəni 19 yaşında göstərib. 2018-ci ildə yeniyetmələr arasında dünya çempionatında 4-cü yeri tutub. Orada 100 metri 10.23 saniyəyə qət edib, sonra dediyim kimi, onu 10.17-yə qaldırıb. İnanıram ki, həyat yoldaşım 10 saniyədən çıxa bilər. Ona köməklik göstərilsə, bu nəticəni əldə edəcəyinə ümid edirəm. Sadəcə, idman pasportu almalıdır. Bunu əldə etsə, bizi təmsil edə bilər. Son beynəlxalq yarışı Çenqduda keçirilən Universiada olub. Orada estafet yarışında Cənubi Afrika millisi ilə 3-cü yeri tutub. Təəssüf ki, orada ona 100 metrlik məsafəyə qaçış yarışına qatılmağa imkan yaratmadılar".

L.Vəliyeva futbola olan münasibətindən söz açıb və "Mançester Siti"yə həyat yoldaşına görə azarkeşlik etdiyini bildirib:

"Mançester Siti"yə həyat yoldaşıma görə azarkeşlik edirəm. Çünki o bu klubun fanatıdır. Amma özüm həmişə "Real Madrid"i dəstəkləmişəm. Kriştianu Ronalduya simpatiyam olub. İndinin özündə həm Ronalduya, həm də Messiyə böyük hörmətim var".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:176
embedMənbə:https://olke.az
archiveBu xəbər 18 Aprel 2025 07:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri