Lamiyə Vəliyevanın əcnəbi həyat yoldaşı Azərbaycan millisinə cəlb olunur
Oxu.az saytına istinadən Icma.az xəbər verir.
Paralimpiya çempionumuz Lamiyə Vəliyevanın həyat yoldaşı Tembo Conun Azərbaycan milli komandasına dəvət edilmə ehtimalı var.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, bu xüsusda Azərbaycan Atletika Federasiyası (AAF) açıqlama yayıb.
Federasiyadan qeyd olunub ki, əslən Cənubi Afrika Respublikasından olan atlet AAF tərəfindən təşkil edilən müxtəlif turnirlərdə klub təmsilçisi qismində yarışır və hal-hazırda yığma komandanın üzvü sayılmır:
"İdmançı tərəfindən Azərbaycanı təmsil etmək istəyi ilə bağlı müraciət daxil olub. Məsələ milli komandanın məşqçiləri tərəfindən müzakirə edilib və bunun əsasında müəyyən normativlər müəyyənləşdirilib. Tembo Con həmin normativləri yerinə yetirərsə, onun ölkəmizi təmsil etmək istəyinə müsbət cavab verilməsi mümkündür".
Xatırladaq ki, Lamiyə Vəliyeva Tokio-2020 Yay Paralimpiya Oyunlarında 400 metr məsafəyə qaçışda, Paris-2024 Paralimpiadasında isə 100 metr məsafədə qızıl medallara sahib çıxıb.
Qeyd edək ki, Tembo Con yanvarın 30-da Bakıda təşkil olunmuş Beynəlxalq qış turnirində 60 metr məsafəyə qaçış üzrə çempion adını qazanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 07 Fevral 2026 13:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















