Lamiyənin son durumu: Cərrahiyyə şöbəsinə köçürüldü
News24 portalından alınan məlumata görə, Icma.az xəbər verir.
1986-cı il təvəllüdlü L.Qambayevanın müalicəsi Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsində davam etdirilir.
Bu barədə News24.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib. Qeyd olunub ki, hazırda onun vəziyyəti orta ağırdır.
Qeyd edək ki, bədənin çoxsaylı kəsilmiş, deşilmiş yarası diaqnozu təyin olunan pasiyent üzərində zəruri instrumental-diaqnostik müayinələrdən sonra cərrahi əməliyyat icra olunub.
Xatırladaq ki, ötən gün Şirvan sakini, 1986-ci i təvəllüdlü Qanbayeva Lamiyə Nəcməddin qızı həyat yoldaşı tərəfindən bıçaqlanıb.
11 bıçaq yarası alan qadın Şirvan xəstəxanasına yerləşdirlərək əməliyyata götürülüb.
L.Qanbayeva “Şirvan şəhər mərkəzi xəstəxanası” PHŞ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşıdır.
Aqil


