“Land Rover” idarə edən narkokuryerdən 17 kq marixuana aşkarlandı VİDEO
Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Xətai Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib. Tədbir zamanı əvvəllər məhkum olunmuş 42 yaşlı Orxan Qurbanov saxlanılıb.
"Unikal" xəbər verir ki, onun idarə etdiyi “Land Rover” markalı avtomobilə baxış zamanı 17 kiloqram 330 qram narkotik vasitə olan marixuana aşkarlanıb.
Həyata keçirilən digər əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 3 nəfər - 36 yaşlı Emin Bayramov, 42 yaşlı İlkin Əlizadə və tanışı 36 yaşlı Amil İbayev saxlanılıblar. Onlardan isə ümumilikdə 21 kiloqram marixuana və 2 kiloqram 809 qram heroin aşkarlanaraq götürülüb.
Saxlanılan şəxslər ifadələrində narkotikləri paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.
Faktlarla bağlı başlanan cinayət işləri üzrə araşdırmalar davam etdirilir.
Qeyd edək ki, cari ilin əvvəlindən Xətai RPİ-nin əməkdaşları tərəfindən 112 kiloqram müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Baxış sayı:64
Bu xəbər 25 Dekabr 2025 15:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















