Land Rover radara düşdü; cərimə “KIA” sürücüsünə göndərildi FOTOLAR
Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Sürücülərdən birinin başına maraqlı hadisə gəlib. Sürücü hadisə ilə əlaqədar Avtosfer.az-ın qaynar xəttinə müraciət edib.
77-QX-745 dövlət qeydiyyat nişanlı ”Land Rover” markalı avtomobili yol hərəkəti qaydalarını pozduğu halda qayda pozuntusunu qeydə alan xüsusi texniki vasitə (radar) nömrəni düzgün oxumayıb.
Nəticədə cərimə “Land Rover”ə yox, bənzər nömrəyə, yəni 77-DX-745 qeydiyyat nişanlı “KIA” markalı avtomobilin sürücüsünə göndərilib.

Kameranın düzgün fiksasiya etməməsi səbəbindən “KIA” sürücüsünə Bakı-Ələt yolunda sürət həddini aşması ilə bağlı qayda pozuntusuna görə cərimə protokolu göndərilib. Sürücü bu vəziyyətdən xəbər tutduqda məsələni aidiyyəti quruma şikayət edib.

Vətəndaş DYP-dən qaydaları pozmadığı halda tərtib edilən cərimə protokollarının ləğv edilməsini tələb edir.
Fidan
Baxış sayı:79
Bu xəbər 07 İyun 2025 07:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















