Laporta Bakıda bu futbolçularla görüşəcək
Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakıda səfərdə olan “Barselona”nın prezidenti Xuan Laporta Azərbaycan klublarının aşağı yaş qruplarından ibarət komandaları ilə görüşəcək.
Globalinfo.az Qol.az-a istinadən xəbər verir ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirakı məqsədi ilə ölkəmizə gələn Laporta sabah futbol akademiyalarımızın yeniyetmə və gənc oyunçuları ilə ünsiyyətdə olacaq.
Qeyd edək ki, Xuan Laporta Bakıya bu gün səfər edib.

