Laporta klub prezidenti olmasa, Flik “Barselona”dan ayrıla bilər Plettenberq
Icma.az bildirir, Idman.biz portalına istinadən.
Jurnalist Florian Plettenberq sosial media səhifəsində yazıb ki, əgər Joan Laporta yenidən klub prezidenti seçilməsə, “Barselona”nın baş məşqçisi Hans-Diter Flik klubdan gedə bilər.
İdman.Biz xəbər verir ki, alman məşqçi “Barselona” ilə müqaviləsini uzatmaqda maraqlıdır. Flik şəhəri, klubu və azarkeşləri sevir. Lakin məşqçi gələcəyini Joan Laportanın Kataloniya klubundakı mövqeyinə bağlayır və komandanın strategiyasını formalaşdırmaq üçün onunla birlikdə işləmək istəyir.
Əgər Laporta 15 martda yenidən “Barselona”nın prezidenti seçilməsə, Flikin gedişi ya yayda, ya da 2027-ci ildə müqaviləsi bitdikdən sonra mümkündür.
İspaniya liqasında 26 oyundan sonra “Barselona” 64 xalla turnir cədvəlinə başçılıq edir və “Real Madrid”dən dörd xal öndədir.
Baxış sayı:206
Bu xəbər 06 Mart 2026 08:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















