Laporta “Neqreyra işi” ilə bağlı UEFA ya şikayət edən “Real”ı tənqid edib
Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Barselona”nın prezidenti Joan Laporta klubun Neqreyra işi ilə bağlı UEFA-ya məktub göndərməsindən sonra “Real Madrid” rəhbərliyini tənqid edib.
İdman.Biz bildirir ki, Joan Laporta 2026-cı ilin mart ayında yenidən “Barselona”nın prezidenti seçilib.
“Onlar buna görə cavab verəcəklər. Biz UEFA-nın bu məsələdəki mövqeyini bilirik. Bu, sadəcə onların tərəfindən növbəti isterik partlayışdır, heç bir məntiqi olmayan və heç bir nəticə verməyəcək hərəkətləri haqlı çıxarmaq üçün bu hekayəni mümkün qədər uzun müddət davam etdirmək cəhdidir. Diqqəti digər məsələlərə - klubu səhmdar cəmiyyətə çevirmək istəyinə və onlar üçün yaxşı getməyən şeylərə yönəltmək üçün bütün bu hay-küy yaratmaq onların marağında idi”, - deyə “Mundo Deportivo” Laportadan sitat gətirir.
“Barselona” 2023-cü ildə rüşvət verməkdə ittiham olunub. Mediada yer alan məlumatlara görə, 2001-2018-ci illər arasında “Barselona”nın Neqreyraya pul köçürdüyü iddia edilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:206
Bu xəbər 02 İyul 2026 04:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















